Şimali Koreya cümə günü qısa mənzilli ballistik raketlərin yeni sınağına başlayıb. Bu barədə ABŞ və Cənubi Koreya rəsmiləri məlumat verib. Bu, həftə ərzində üçüncü belə sınaqdır.
Şimal raketləri Cənubi Hamqyonq vilayətindən gecə saat 3-də səmaya buraxıb. 25 kilometr hündürlüyə qalxan raketlər 220 kilomet məsafə qət edib.
Şimali Koreyanın qısa mənzilli raketləri konkret olaraq ABŞ və Cənubi Koreya radarlarından yayınmaq üçün dizayn olunub.
ABŞ və Cənubi Koreya kəşfiyyat rəsmiləri raketlərin başqa Şimali Koreya raketləri ilə oxşar cizgilərə malik olduğunu bəyan edib.
ABŞ rəsmiləri raketlərin qısa-mənzilli olduğunu bildirərək oların Birləşmiş Ştatlara təhlükə olmadığını söyləyib.
Şiamli Koreya son 8 gündə azı 6 qısa mənzilli raket sınaqdan keçirib. Müşahidəçilər bu cəhdlərin ABŞ-la danışıqlarda rıçaq əldə etmək cəhdi kimi qiymətləndirir.
Ötən həftə sınaqdan keçirilən raketlər Rusiyanın “İskander” raketinin Şimali Koreya variantına bənzəyir ki, bunlar konkret olaraq ABŞ və Cənubi Koreya radarlarından yayınmaq üçün dizayn olunub.