“Pandemiya dünya istədiyi zaman bitəcək.” Bunu cümə günü Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Dr. Tedros Adhanom Ghebreyesus Cenevrədə hazırda qlobal COVID-19 epidemiyası barədə danışarkən bildirib. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bildirir ki, koronavirusun delta variantı su çiçəyi qədər yoluxucudur və vaksin olmuş insanılar vaksin olmamış insanları yoluxdura bilərlər.
“ÜST-nın məqsədi hər bir ölkəni sentyabrın sonuna qədər əhalisinin ən azı 10, ilin sonunadək azı 40, gələn ilin ortalarına qədər isə 70 faizinə vaksin tətbiq etməyə yardım etməkdir,” ÜST-nın rəhbəri deyib, lakin əlavə edib ki, bu məqsədlərin həyata keçiriləməsinə hələ “uzun yol var.”
“Hələ ki, ölkələrin yarısından bir az çoxu əhalilərinin 10 faizinə tam vaksin vurub, ölkələrin dörddə birindən azı əhalisinin 40 faizinə və yalnız üç ölkə 70 faizinə vaksin tətbiq edib,” Tedros deyib.
O xatırladıb ki, ÜST daha öncə “dünya boyu yoxsulların vaksin üçün toplanan izdihamda əziləcəklər” və dünya vaksin bərabərsizliyi səbəbilə “fəlakətli mənəvi uğursuzluğun” astanasındadır.
“Ancaq vaksinlərin qlobal paylanması hələ də ədalətsiz olaraq qalır. Bütün regionlar risk altındadır, ancaq ən çox Afrikada,” Tedros deyib.
“Bir çox Afrika ölkəsi vaksinləri tətbiq etməyə hazırdır, amma vaksinlər onlara hələ çatmayıb,” o deyib. “Dünya boyu bütün vaksinlərin 2 faizdən az bir hissəsi Afrikada tətbiq olunub,” və qitə əhalisinin yalnız 1.5 faizinə tam vaksin vurulub.
ÜST-nın sədri bildirib ki, təşkilat delta variantının sürətlə yayılmasına qarşı RADAR təşəbbüsünün yaradılması üçün 7.7 milyard dollara “təcili çağırış edir.” RADAR testlər, müalicələr və vaskinlər üçün istifadə olunacaq.
O həmçinin deyib ki, aşağı gəlirli ölkələri vkasinlə təmin edən COVAX proqramının əlavə maliyyəyə ehtiyacı var.
ABŞ Prezidenti Co Bayden cümə axşamı elan edib ki, federal hökumətin bütün mülki işçiləri vaksin olmalı və ya mütəmadi tesdən keçməli və maska taxmalı olacaqlar.
Cümə günü bir müxbir Baydənə amerikalıların koronaviusla əlaqəli olaraq əlavə məhdudiyyətlər və qaydalarla üzləşib-üzləşməyəcəklərinə dair sual ünvanlayıb və Bayden bu suala “mümkündür,” deyə cavab verib.
Bayden həmçinin qeyd edib ki, cümə axşamı təxminən bir milyon amerikalıya COVID-19 vaksini vurulub. O “ümid edirəm ki, insalar koronavirus təhlükəsinə cavab olaraq irəliləməyin nə qədər zəruri olduğunu dərk etməyə başlayırlar.”
Ağ Ev bildirib ki, bu həftə koronavirus vaksininin ilk dozasını vuran insanların ortalama sayı bu həftə ötən həftə ilə müqayisədə 30 faiz artıb.