Accessibility links

ÜST Avropada yoluxmaların artması barədə xəbərdarlıq edir


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada koronavirusa yoluxmalarda müşahidə olunan azalmanın "başa çatdığını" xəbər verir.

BMT-nin səhiyyə agentliyinin Avropa regionu üzrə direktoru Hans Kluhe cümə axşamı Kopenhagendə keçirilən brifinq zamanı bildirib ki, keçən həftə 53 ölkədə virusa yoluxmalar 10 faiz artıb.

Kluge bu artımın səbəbini sürətlə dəyişən vəziyyət fonunda "səyahət və yığıncaqların artması və sosial məsafə qaydalarının yumuşaldılması", yavaş gedən vaksinasiya və virusun Delta variantının yayılması ilə izah edir.

İnsanların 60 faizdən çoxunun hələ birinci dozanı vurdurmaq üçün gözlədiyini deyən Kluq xəbərdarlıq edir ki, avqust ayına qədər Avropada Delta variantı dominantlıq edəcək.

"Vaksinasiyadakı gecikmələr həyatlar və iqtisadiyyatın bahasına başa gəlir və vaksinasiya nə qədər ləng gedərsə, variantlar bir o qədər sürətlə artacaq" deyə Kluge jurnalistlərə bildirib.

ÜST bu xəbərdarlığı Rusiyada cümə axşamı rekord 672 ölüm halı qeydə alındığı bir vaxt edib. Bundan bir gün əvvəl bu göstərici 659 idi.

Digər tərəfdən İndoneziya Prezidenti Joko Vidodo cümə axşamı açıqlama verərək bildirib ki, yeni yoluxmaların artmasını qarşısını almaq üçün şənbə günündən etibarən Yava və Bali adalarında yeni təcili tədbirlər qüvvəyə minəcək. İndoneziya əhalisinin sayına görə dünyada dördüncü yerdədir.

Bu tədbirlərə hava və quru yolu ilə səhayətlərin məhdudlaşdırılması, restoranlar və vacib olmayan ofislərin bağlanması daxildir. Məhdudiyyətlər 20 iyul tarixinə qədər davam edəcək.

İndoneziya Cənub-Şərqi Asiyada kororonavirusla mübarizədə ən pis nəticə əldə edən ölkədir. Təkcə cümə axşamı ölkədə 24 836 yeni yoluxma və 504 ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG