Accessibility links

Öldürülən hərbiçinin həyat yoldaşı Müdafiə Nazirliyini məhkəməyə verib


Səxavət Binnətov istintaq zamanı ölüb
Səxavət Binnətov istintaq zamanı ölüb

2017-ci ildə dövlətə xəyanət ittihamı ilə günahlanrıdılaraq istintaq zamanı müəmmalı şəraitdə ölmüş Müdafiə Nazirliynin zabiti Səxavət Binnətovun həyat yoldaşı Xavər Haqverdiyeva Azərbaycan Müdafiə Nazirliyini məhkəməyə verib. Iyunun 10-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia üzrə hakim Tahirə Əsədovanın sədrliyi hazırlıq iclası keçirilib.

Xavər Haqverdiyeva iddia edir ki, Müdafiə Nazirliyinin səhvi ucbatından həyat yoldaşını itirib və nazirlikdən 200 min manat təzminat tələb edir. Onun sözlərinə görə məhkəmə hökmü ilə də təsdiqlənib ki, Səxavət Binnətov səhvən ittiham edilib.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Xavər Haqverdiyeva həyat yoldaşı Səxavət Binnətovun qəbrini ziyarət edir
Xavər Haqverdiyeva həyat yoldaşı Səxavət Binnətovun qəbrini ziyarət edir
This image contains sensitive content which some people may find offensive or disturbing - Click to reveal
Xavər Haqverdiyeva həyat yoldaşı Səxavət Binnətovun qəbrini ziyarət edir

Haqverdiyeva yerli mediaya bildirib ki, Binnətovu 2017-ci ilin mayında günahsız yerə tutub işgəncə ilə öldürüblər.

"Onun ölümünün məsuliyyəti Müdafiə Nazirliyinin üzərinə düşür. İki qızım və mən ailə başçısını itirmişik, köməksiz duruma düşmüşük. Uşaqlar hələ də keçirdikləri stressdən çıxa bilmir", Haqverdiyeva qeyd edib.

Haqverdiyevanın hüquqlarını məhkəmədə müdafiə eədn şəxs Amerikanın Səsinə bildirib ki, Binnətovun "səhvən öldürülməsi" barədə məhkəmə qərarı var.

2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq, saxlanılan hərbi qulluqçular və mülki şəxslərdən ibarət qrupu Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluqda ittiham edib.

Bəyanata əsasən, Ermənistan Silahlı Qüvvələrinin Kəşfiyyat Xidməti Tərtər rayonunda Azərbaycan ordusunun birləşmələrinə və məntəqələrinə qarşı geniş miqyaslı təxribat aksiyası hazırlayıb.

2017-ci il mayın 3-də Azərbaycan Hərbi Prokurorluğu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılan şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib. Araşdırma zamanı az 8 şübhəli şəxs öldürülüb. Sonradan təkrar istintaq zamanı öldürülən 4 nəfərə bəraət verilib. İttihamları saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqan məhrumetmə cəzası alıb.

Hakimiyyət hələ də bu işin detallarını açmayıb.

Hüquq müdafiəçiləri və həbs edilən şəxslərin yaxınları dəfələrlə aksiyalar keçirib. Ailə üzvləri övladlarının tutulma və istintaq zanmanı ağır işgəncələrə məruz qoyulduğunu bildirib. Hüquq müdafiəçisi Oqtay Gülalıyev məhkəmə sənədlərinə istinadən 8 nəfər hərbçinin tutulma və istintaq zanmnaı işgəncə nəticəsində öldüyünü bəyan edib. Onlardan 4 nəfəri barədə cinayət işinə məhkəmə bəratverici əsaslarla xitam verib.

XS
SM
MD
LG