Accessibility links

Çinin kosmik aparatı Ayın qaranlıq tərəfinə enib


Çinin heyətsiz kosmik aparatı Ayın qaranlıq tərəfinə enib. Bu, kosmosun tədqiqatı sahəsində əhəmiyyətli missiya sayılır.

CCTV və CGTN dövlət televiziyalarının yanvarın 3-də bildirdiyinə görə, Chang'e-4 Aya uğurla enib. Çin Ayın qaranlıq tərəfinə obyekt göndərən ilk ölkədir.

“The China Daily” qəzeti yazıb ki, aparat Ayın orbitinə 29-30 dekabr tarixində daxil olub, Ayın səthində 15 kilometrlik məsafə qət edib.

Missiya dekabrın 8-də Long March 3B raketi ilə orbitə buraxılıb. Aparatın daşıdığı robot Ayın səthini tədqiq edəcək, eksperimentlər aparacaq.

2013-cü ilin dekabrında Chang’e-3 1976-cı ildən bəri ilk dəfə olaraq Aya enmişdi. Ancaq bir aydan sonra aparatda texniki nasazlıq yaranmışdı.

Birləşmiş Ştatlar, Hindistan, Yaponiya və Rusiya da yaxın gələcəkdə Aya kosmik aparatlar göndərməyi planlaşdırır.

ABŞ 1969-1972-ci illərdə Aya 12 nəfər göndərib. Ancaq Ayın görünməyən tərəfinə missiya gerçəkləşməyib.

Kosmik aparatlar Ayın qaranlıq tərəfinin fotolarını çəkib. Ayın Yerdən görünməyən tərəfi ilə birbaşa kommunikasiya qurmaq çətindir.

XS
SM
MD
LG