Accessibility links

Çinin hərbi təyyarələri bu ay Tayvanın hava məkanına 8 dəfə daxil olub


Tayvan Çinin hərbi təyyarələrinin bir həftə ərzində 6 dəfə, bu ay isə 8 dəfə onun hava hücumları müdafiə məkanına daxil olduğunu bildirib.

Tayvan Milli Müdafiə Nazirliyi onun hava hövzəsinə daxil olan hər təyyarəni uzaqlaşdıraraq, Çinə artıq çoxdandır etibar etməyən ada sakinlərinə xəbərdarlıq etsə də, təhlilçilər Pekindəki liderlərin bununla Asiyada münaqişə yarandığı halda öz hərbi qüvvələrinə təlim verdiyi zaman həm də Vaşinqtona qədər çoxlarına xəbərdarlıq etdiyini düşünür.

ABŞ hökuməti Çini 2 illik ticarət mübahisəsi qarşısında qoyaraq, Pekini ilin əvvəlində COVID-19-a çox uzun müddət məhəl qoymamaqda günahlandırıb və Çinin dənizdəki fəaliyyətini yoxlamaq üçün Hərbi Dəniz Donanmasını Asiya sularına göndərib.

ABŞ Hərbi Dəniz Donanmasının gəmiləri Pekini qıcıqlandıraraq, bu il altı dəfə Tayvanı Çindən ayıran boğazdan keçib. Çin özünü idarə edən Tayvan üzərində suverenliyini iddia edir və digər ölkələrin onu dəstəkləməsindən narazıdır. ABŞ Hərbi Dəniz Donanması eləcə də 2020-ci ildə Tayvan yaxınlığında Cənubi Çin dənizində dörd dəfə "azad naviqasiya əməliyyatları" həyata keçirıb.

XS
SM
MD
LG