Accessibility links

Çin prezidentinin tənqidçisi korrupsiya ittihamı ilə 18 il müddətinə həbs olunub


Prezident Şi Tsinpinin COVID-19 pandemiyası ilə mübarizəsini tənqid edən təqaüdə çıxmış çinli daşınmaz əmlak maqnatı korrupsiya ittihamları ilə 18 il müddətində həbs olunub.

Çərşənbə axşamı Pekinin 2 nömrəli Ara Məhkəməsinin qərarında bildirilir ki, 69 yaşlı Ren Zigianq bir zamanlar rəhbərlik etdiyi dövlətə məxsus şirkətdən 16 milyon dolları mənimsəməkdə, habelə şirkətə 17 milyon zərər buran rüşvətxorluqda və səlahiyyətdən sui-istifadədə günahkar tanınıb.

Məhkəmə bildirib ki, Ren bütün ittihamları boynuna alıb və apelyasiya şikayəti etməyəcək. Həbs cəzasından əlavə ona 600 min dollardan çox cərimə tətbiq olunub.

Ren mart ayında prezident Şini ondan bir ay öncə 170 min rəsminin iştirakı ilə keçirilən konfransda hökümətin pandemiya ilə mübarizə səyləri ilə bağlı nitqini tənqid edən yazı dərc edəndən sonra saxlanılıb.

Keçmiş biznesmen yazıda “yeni gyimlərini sərgiləyən imperator deyil, paltarlarını çıxaran və imperator olduğunu təkid edən bir kloun görürəm” yazmışdı. Lakin o həmin yazıda Şinin adını çəkməmişdi. O həmçinin konfransı pandemiya ilə bağlı məlumatları gizlətməkdə və heç kəsi cavabdeh tutmamaqsa günahlandırıb.

Ren iyul ayında Kommunist partiyasından qovulub və ardınca Pekində hüquq-mühafizə orqanları tərəfindən dövlət vəsaitlərindən şəxsi xərcləri üçün istifadə etməkdə ittiham olunub.

Ren daha öncə də hakim partiyanı söz azadlığının boğulması və partiyaya tam sadiqlik tələblərinə görə açıq şəkildə tənqid edib.

XS
SM
MD
LG