Cümə axşamı Çində yeni virusdan ölənlərin sayı 170-ə çatıb. İnfeksiyanın xarici ölkələrdə də yayıldığı bildirilir.
Hindistan və Filippin virusa yoluxma barədə ilk məlumatlarını verib. Belə ki, yeni növ koronavirusun ilk dekabr ayında meydana gəldiyi vaxt bir tələbə və bir səyatəhçi Çinin Uhan şəhərində olub.
Cənubi Koreya isə bir nəfərin ölkə daxilində yoluxduğu və həmin şəxsin əvvəllər diaqnoz qoyulmuş bir xəstə ilə təmasda olduğunu bildirib.
Virusun Çinin hüdudlarından kənarda yayılma halları qlobal səhiyyə işçiləri arasında narahatlıq doğurur, çünki virus asanlıqla yayılır və onun qarşısını almaq çətindir.
Ümumdünya Səhiyyə Təşkilatı baş vermiş hadisənin qlobal bir fövqəladə hal kimi qiymətləndirmək üçün cümə axşamı toplantı keçirəcək. Təşkilatının məlumatına görə, yoluxanların əksəriyyəti ya Uhana səyahət etmiş və ya da onlarla təmasda olan insanlardır.
Çinin cümə axşamı göstəriciləri 24 saatı əhatə edir və bu müddət ərzində 1737 yoluxma və 38 ölüm halı qeydə alınıb. Bu, 7,711 nəfər deməkdir.
Yoluxma halları Avstraliya, Kanada, Almaniya, Fransa, Şri-Lanka, Honq Konq, Yaponiya, Makao, Malayziya, Nepal, Portuqaliya, Sinqapur, Cənubi Koreya, Tayvan, Tailand, ABŞ və Vyetnamda da qeydə alınıb.