Accessibility links

Çimərlik ərazilərində suyun növbəti monitorinqi keçirilib


Xəzər dənizi
Xəzər dənizi

Nəticələrinə görə, Buzovna, Şüvəlan çimərlikləri də mikrobioloji baxımdan çirkli çimərliklər sırasına aid edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyulun 25-dən avqustun 1-nə kimi Azərbaycandakı çimərlik ərazilərində suyun növbəti monitorinqini keçiriblər. Ərazidə mikrobioloji təhlillər aparılıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, təhlillərin nəticələrinə görə, Buzovna, Şüvəlan çimərlikləri də mikrobioloji baxımdan çirkli çimərliklər sırasına aid edilib.

"Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Nabran, Lənkəran və Astara ərazilərindəki çimərliklər mikrobioloji baxımdan çirklidir",-nazirlik qeyd edir.

Məlumatda vurğulanır ki, əvvəlki monitorinqdən fərqli olaraq, Buzovna və Şüvəlan çimərliklərinin bu dəfə normalara cavab verməməsinə səbəb bu ərazilərdə fəaliyyət göstərən istirahət mərkəzlərinin tam işə başlaması, tullantı sularının düzgün idarə edilməməsi və Xəzər dənizinə axıdılmasıdır.

XS
SM
MD
LG