Accessibility links

Donald Tramp ZTE şirkətinin yenidən biznesə qayıtmasını istəyir


Prezident Donald Tramp bildirib ki, ABŞ-ın ticarət razılaşması səbəbindən zərər görmüş Çinin texnologiya şirkətinin yenidən biznesə qayıda bilməsi üçün yol axtarır.

Donald Tramp Çini tez-tez ABŞ-ın iş yerlərini oğurlamaqda günahlandırsa da, yazdığı tvitdə ZTE şirkətinin yaşadığı iqtisadi böhranı aradan qaldırmaq üçün Çin prezidenti Şi Çinpinlə işləməyə hazır olduğunu bildirib.

“Çin xeyli sayda iş yerindən məhrum oldu. Ticarət Nazirliyinə bunu həll etmək üçün təlimat verilib” - deyə, ZTE şirkətinin əsas əməliyyatlarını dayandırdığını bazar günü Donald Tramp bildirib.

ABŞ ZTE şirkətinin simsiz stansiyalar, optik fiber şəbəkələr və smartfonlar hazırlamaq üçün istifadə etdiyi komponentlərin ixracını 25 faiz azaldıb.

Ticarət Nazirliyi ZTE-nin 2025-ci ilədək ABŞ komponentlərindən istifadəsinə qadağa qoyması Şenzhen fabrikini fəaliyyətini dayandırmağa məcbur edib.

ABŞ keçən il ZTE şirkətini 1,2 milyadr dollar cərimə etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG