Həftəlik 50 dollar qazanan və bu pulun böyük hissəsini ev kirayəsini xərcləyən Zimbabvelilər üçün ət və qida məhsulları alış-verişi etmək çox çətindir.
Bu qəssablar işlə təmin olsa da Zimbabvedəki insanların əksəriyyəti ya işsizdir ya da qeyri-rəsmi iqtisadi işlərlə məşğuldur.
Biz zamanlar güclü kənd təsərrüfatına malik olan ölkə hazırda qida məhsullarının böyük hissəsini idxal etmək məcburiyyətindədir.
2000-ci illərin əvvəllərində torpaq sahibi olan ağdərili insanların təsərrüfatları əlindən alındıqdan sonra kənd təsərrüfatı məhsullarının istehsalında kəskin azalma müşahidə olundu. Yeni torpaq sahibləri böyük təsərrüfatları idarə etmək təcrübəsin malik deyildi.
Hökumətin bu yaxınlarda ölkə maliyyəsini qorumaq üçün meyvə və tərəvəz idxalını qadağan etməsi ölkədə ərzaq çatışmazlığına səbəb olub.
Zimbabvedə böyüyən Amerikanın Səsinin jurnalisti Blessinq Zulu yaxın günlərdə ora səfər edib.
"Hökumət keçən il qiymət nəzarətini tətbiq etməyə çalışdı. Daha sonra qida məmulatlarının böyük əksəriyyətini idxal etdiyi Cənubi Afrikadan məhsul idxalına qadağa qoyaraq yerli istehsalı inkişaf etdirmək istəyirdi. Lakin, bunların heç biri işə yaramadı. Qiymətlər hər gün iki dəfə bahalaşır.” - deyə, Zulu bildirib.
Əgər Zimbabve başqa ölkələrə daha çox tütün, qızıl, brilyant və digər məhsullar sata bilsə qiymətlər bu qədər sürətlə artmaz. Hazırda ixrac miqdarı 2,8 milyard dollar olmaqla ümumi idxal dəyərindən xeyli aşağıdır. İqtisadçılar isə deyirlər ki, ticarət kəsiri inflyasiyanı artırmaqla iqtisadiyyata zərər vura bilər.
Londonun Afrika Tədqiqat İnstitutunun üzvü Nik Bransonun fikrincə, Zimbabvenin iqtisadiyyatı bərpa edilə bilər, çünki ölkə təhsilli işçi qüvvəsi və xidmət təklif edə bilən infrastruktur kimi əhəmiyyətli iqtisadi əsaslara malikdir.
"Hökumət xarici sərmayələr üçün münbit şərait yaratsa və sərmayəçilər də ölkəni təhlükə mənbəyi kimi görməsə Zimbabvedə iqtisadi inkişaf üçün şərait yarana bilər.” - deyə, Nik Branson qeyd edib.
Branson əlavə edir ki, Zimbabve ən əsası köçkün fermerlərin yerini kompensasiya edilməsi məsələsini həll etməlidir. Bu biznesin təşviq edilməsi, istehsal və kənd təsərrüfatının yenilənməsi və məşğulluğun artırılmasına kömək edə biləcək xarici investisiyaların cəlb edilməsi üçün əsas addımdır.