New England Journal of Medicine jurnalının yaydığı hesabatda Zika virusu ilə anadangəlmə qüsurlar arasında güclü əlaqə olduğuna dair yeni sübutlar təqdim edilir.
Hesabat Slovenyalı tədqiqatçılar tərəfindən hazırlanıb.
Hesabat Zika virusuna yoluxmuş ana üzərində aparılan araşdırmaya əsasən hazırlanıb. Ultrasəslə müayinə nəticəsində anormallıqlar müşahidə olunub və döl abort edilib.
Braziliya Zika virusuna ən çox yoluxmuş ölkələr arasındadır. Ölkədə yeni doğulan uşaqların beynlərinin inkişafdan qaldığı müəyyən edilib.
Bəzi tibbi mütəxəssislər hamilə qadınlara və ya hamilə qalmağı planlaşdıran qadınlara Braziliyaya səfər etməməyi tövsiyə edir. Bu arada Braziliya 2016 Yay Olimpiya Oyunlarına hazırlaşır.
ABŞ səhiyyə rəsmiləri Konqresdə Zika virusuna qarşı görüləcək tədbirlərlə bağlı çıxış edəcək.