Nyu-York şəhərinin sanitariya idarəsi bir gün ərzində 12 min ton makulatura və makulatura ı toplayır. İdarənin işçilərindən biri xəzinə adlandırdığı zibil kolleksiyasına malikdir. Bu kolleksiyanın eksponatları Sanitariya idarəsinin qarajında sərgilənir. Lakin bir gün bu əşyaların zibil muzeyində nümayişə qoyulacağı arzulanır.
Pillələr Şərqi Harlem qarajının ikinci mərtəbəsinə aparır. Qarajın hər guşəsində zibillərdən toplanmış möhtəşəm bir kolleksiya sərgilənib.
Nelson Molina adlı zibilçi bu xəzinənin kuratorudur. Həyatının son 30 ilini bir gün muzey açmaq arzusu ilə yaşayan Nelson bu tapıntıları misilsiz adlndırır.
“Nyu-York əhalisi hər şeyi tullayır. 3 aya bir mənzilin əşyasını toplamaq mümkündür. Burada mərbəx, yataq, yemək və vanna otaqları üçün hər şey var.”
Bu qarajda 4 Mona Liza və digər rəsm əsərləri, mebel, Afrika malları, qədim şüşə qablar, plakatlar, ayda insan və yeni iş ornamentləri toplanıb. Saymaqla bitməz. Lakin bunlar arasında olduqca nadir tapıntılar da var.
“Bu, magindavid, David ulduzudur. Üzərində 11 sentyab xatirəsinə Dünya Ticarət mərkəzinin poladından hazırlanıb sözləri yazılıb. Bunu qarajdan tapmışam.”
Digər mühüm tapıntı şüşə pəncərələrdir. 120 ilə əvvəl inşa edilmiş kilsənin pəncərələri küçədə tapılıb.
Antropoloq Robin Naglin dediyinə görə, bu kolleksiya amerikalıların həyat tərzinin təcəssümüdür.
“Bu kolleksiya ictimaiyyətimizin müasir keçmişi, Nyu-York şəhəri və amerikalıların həyatlarının nümunələridir. Arxeoloqlar qazıntılardan qədim sivilizasiyaların araşdırılmasında istifadə etdikləri kimi. Eyni işi atılan zibillər görür.”
Molina artıq zibil toplamır. Təqaüddədir. Həftədə 2-3 gün bu qaraja gəlir. Bu əşyaların toplanması, onlara göstərilən qayğı on illər sürüb. Molina zibil torbasında dəyəli bir əşya olduqda onun daxili xəbərdarlıq sisteminin işə düşdüyünü deyir.