Accessibility links

Siyasi məhbus Zeynəb Həmrəng müalicə üçün məzuniyyət hüququndan məhrum edilir


Zeynəb Həmrəng
Zeynəb Həmrəng

Təqaüdçü müəllim və həmkarlar ittifaqı fəalı Zeynəb Həmrəngin sağlamlıq durumunun pisləşməsinə baxmayaraq, o, həbsxanadan kənarda müalicə almaq üçün məzuniyyətə buraxılmır.

Iranwire saytında dərc olunan məlumata əsasən, Evin Həbsxanasında saxlanılan siyasi məhbus Zeynəb Həmrəng böyrək və qan təzyiqi xəstəliklərdən əziyyət çəkir və son vaxtlarda iki dəfə sağlamlıq durumunun pisləşməsinin ardından müalicə üçün Tehran xəstəxanalarından birinə yerləşdirilib.

“Zeynəb Həmrəng xəstəxanaya aparıldıqdan sonra, xəstəliyi və fiziki vəziyyətinə baxmayaraq, kişi agentlər tərəfindən xəstəxana çarpayısına qandalla bağlanılıb,” Iranwire saytında dərc edilib.

Təqaüdə çıxan müəllim Zeynəb Həmrəng “milli təhlükəsizliyə qarşı toplaşmaq və birləşmək” və “sistemə qarşı təbliğat aparmaq” ittihamları ilə Tehran İnqilab Məhkəməsində mühakimə edilib və 6 il həbsə məhkum olunub. İranın məhkəmə qanunlarına görə, həmkarlar ittifaqı fəalına ən ağır hökm tətbiq edilib.

HRA xəbər agentliyi iyul ayında Həmrəngin həbsxanada ikən koronavirusa yoluxması ilə bağlı bir xəbər yayımlamışdı.

Əslən İran Azərbaycanının Muğan bölgəsindən olan siyasi məhbus Zeynəb Həmrəng keçən il yanvar ayında təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb, daha sonra müvəqqəti azadlığa buraxılmışdı. Lakin o daha sonra məhkəmə tərəfindən 6 il həbsə məhkum edilib və nəhayət sentyabr ayında Qərbi Azərbaycan vilayətində səfərdə olduğu zaman təhlükəsizlik qüvvələri tərəfindən tutularaq, həbs cəzasının tətbiqi üçün Tehranın Evin həbsxanasına köçürülüb.

Son günlərdə müəllimlər İranın bir çox böyük şəhərində o cümlədən Təbriz, Urmiyə, Zəncan, Tehran, Şiraz, İsfahan və digər şəhərlərdə dolanışıq şəraiti və maaşlarının az olmasına qarşı etiraz mitinqi keçiriblər.

XS
SM
MD
LG