Accessibility links

AXCP fəalı Zeynal Bağırzadə 8 il azadlıqdan məhrum edilib


Zeynal Bağırzadə
Zeynal Bağırzadə

Naxçıvan Muxtar Respublikasında (NMR) AXCP fəalı Zeynal Bağırzadə 8 il azadlıqdan məhrum edilib.

Bu barədə Turan-a onun qardaşı, partiyanın regional şöbəsinin rəhbəri Yaşar Bağırsoy bildirib.

Zeynal Bağırzadə ötən il noyabrın 16-da həbs olunub. O, CM-in 315.1-ci maddəs i(zorakılıq tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək) ilə ittiham edilib. İbtidai istintaqın yekunlarına görə, ittiham 315.2-ci maddəyə (hakimiyyət nümayəndəsinə həyat üçün təhlükəli olan zorakılıq tətbiq etməklə müqavimət göstərmək) tövsif olunub.

Bu gün NMR Babək Rayon Məhkəməsi Z.Bağırzadəni 315.2-ci maddə ilə təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, məhkəmə 2012-ci ildə çıxarılmış hökm üzrə şərti cəza müddətini də bunun üzərinə gəlib.

Y.Bağırsoy bildirib ki, onun qardaşı siyasi motivlərlə təqib olunur. Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin əməkdaşlarının iştirakı ilə ona qarşı təxribat hazırlanıb.

Belə ki, həbsdən bir neçə gün öncə Z.Bağırzadənin evinə gələn Sosial Müdafiə Fondunun əməkdaşları fonda ödənişi tələb ediblər. Y.Bağırzadə evdə olmayıb. Faiq İsmayılov adlı məmur ev sahibinin ünvanına xoşagəlməz ifadələr işlədib. Z.Bağırzadə bununla bağlı Fonda gedərək bu adamları tapıb, hadisəyə görə etirazını bildirb. Sonra prokurorluğa şikayət ərizəsi verib. Z.Bağırzadənin ərizəsi ləğv edilib, proses tam əleyhinə yönəlib. Sonunda da 7 il yarım şərti işindən qalan cəza hissəsi indki cəza hissəsinin üstünə gəlməklə 8 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG