Accessibility links

Azərbaycanın müdafiə nazirinin bəyanatı və ekspert rəyləri


Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov Novruz bayramını ön cəbhədə hərbçilərlə qeyd edən Azərbaycan müdafiə naziri Zakir Həsənovun bəyanatına münasibət bildirib.

please wait

No media source currently available

0:00 0:07:22 0:00
Direct link

O deyib ki, torpaqları işğal altında olan ölkənin vətəndaşları və Azərbaycanla maraqlanan insanların başqa bir şey eşitməsi qəribə səslənərdi. Zakir Həsənovun dediklərinin reallığına gəldikdə ekspert “Hesab edirəm ki, 20 ildən artıq müddətdə beynəlxalq qurumların, xüsusən ATƏT-in Minsk qurpunun bu məsələni həll etməsinə kifayət qədər dözüm nümayiş etdirdik. Ortalıqda bir nəticə olmadığına görə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkdə israrlıdır. Yaxın zamanlarda ermənilər Azərbaycan silahlı qüvvələrinin nəyə qadir olduğunun şahidi olacaqlar”- deyə Üzeyir Cəfərov bildirib.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov

Ekspertin fikrincə, cəbhədə vəziyyət qeyri-adiliyi ilə fərqlənmir. O, atəşkəsin mütəmadi şəkildə pozulduğunu, hər iki tərəfin itki verdiyini, əsirlər və girovların olduğunu deyərək, kardinal bir dəyişikliyin baş vermədiyini bildirib.

Üzeyir Cəfərov əvvəllər düşmənin avtomat və pulemyotlardan atəş açdığını, son zamanlar isə ağır silahlardan istifadə edildiyini deyib. Onun sözlərinə görə, bütün bunlar hərbi infrastrukturu sıradan çıxarmaqla yanaşı, mülki əhalinin həyat və fəaliyyətinə ziyan vurur.

Ermənistanın bugünədək işğalçı siyasətini davam etdirməsinin ən böyük amili Rusiya faktorudur.

Azərbaycanın hazırkı geopolitik və hərbi durumunun ermənilərin nəzarətində olan torpaqların azad edilməsinə imkanından danışan Üzeyir Cəfərov torpaqlarını azad etmək, öz ərazi bütövlüyünün bərpa etməyin Azərbaycanın beynəlxalq müstəvidə tanınmış haqq işi olduğunu deyərək, ATƏT-in Minsk qrupunun ikili standartlara yol verdiyini, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymadığından şikayətlənib.

Üzeyir Cəfərovun sözlərinə görə beynəlxalq güclər bu sahədə nəyəsə nail olmaq istəyirsə, ilk növbədə Rusiyaya təzyiq göstərməlidir. “Ermənistanın bugünədək işğalçı siyasətini davam etdirməsinin ən böyük amili Rusiya faktorudur,” deyə hərbi müşahidəçi bildirib.

Tert.am saytına müsahibə verən Ermənistanın general-mayoru Arkadi Ter-Tadevosyan Azərbaycanın ermənilərin soyqırım kimi qeyd etdikləri 24 aprel tarixi ərəfəsində “iri-miqyaslı provokasiyalar” törədə biləcəyi barədə xəbərdarlıq edib.

Arkadi Ter-Tadevosyan
Arkadi Ter-Tadevosyan

“Ermənistan soyqırımın 100-cü ildönümünü qeyd etməyə hazırlaşdığı bir vaxtda Türkiyə üç istiqamətdə iş aparırır: mədəni, təbliğat və diplomatiya. Bunu Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu deyib.”

Onun sözlərinə görə Türkiyə hərbi komponenti Azərbaycanın ixtiyarına buraxıb.

“Müharibə olmayacaq, ancaq bütün sektorlarda iri-miqyaslı təxribatlar gözləməliyik. Mülki vətəndaşlar da hədəf alınacaq," deyə Ter-Tadevosyan deyib.

O, əmin olduğunu bildirib ki, Azərbaycan müvəffəq olmayacaq.

XS
SM
MD
LG