Accessibility links

Zənginlər ölkəsi - Amerika


Amerika milyonlarla milyarderin vətənidir.

323 milyon əhalisi olan bu ölkədə 12 milyon nəfər azı 1 milyona malikdir.

Bu, ölkə əhalisinin 3.65 faizi deməkdir. Bundan əlavə ABŞ-da 607 milyarder yaşayır.

Forbes bu yaxınlarda ən zəngin insanların ştatlara görə siyahısını tərtib edib. Onların ümumi sərvəti 875 milyard təşkil edir.

10 nəfər gəlirilərini maliyyə və investisiya yolu ilə əldə edib.

İkinci yerdə 8 nəfər gəlir ki, onlar sərvətlərini moda və pərakəndə satış sahəzindən qazanıb. Daha sonra sırada ərzaq və içki sahəsinə görə 5 nəfər yer alır.

Lakin texnologiya sərvətin ən böyük qaynağı olaraq qalır. 4 milyarder bu sahədə birlikdə 251 milyard dollar əldə edib.

Vaşinqton ştatının ən zəngin adamı Ceff Bezos həm də dünyanın ən zəngin adamları siyahısında birinci yerdə gedir. Onun sərvəti 157 milyard təşkil edir.

Walmart –ın təsisiisi Sem Ualtonun uşaqları - Cim və Alis yaşadıqları ştatların ən zəngin adamlarıdır.

Zənginlərin 60 faizi uğura özləri nail olub. 21 faiz miras yolu ilə zənginləşib. 19 faiz isə onlara miras qalan biznesləri böyüdərək zənginlər siyahısında yer alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG