Accessibility links

Zəncanda uşaq nikahlarının statistikası narahatlıq doğurur


Son statistikalara görə, İran Azərbaycanın Zəncan vilayətində azyaşlıların nikahları hələ də davam edir.

İranın yarı-rəsmi xəbər agentliyi İSNA-nın xəbərinə görə, Zəncan vilayətinin “sosial məsələlər və cinayətləri önləmə” üzrə ədliyyəsinin sədr müavini Məhəmməd-tağı Fəthi bu vilayətdə uşaq nikahı ilə bağlı statistikaların yaxşı olmadığını bildirib.

Zəncan vilayətinin ədliyyə rəsmisi uşaq nikahını cəmiyyət arasında bir problem kimi qiymətləndirib.

Fəthinin dediyinə görə, "Zəncan vilayəti uşaq evliliyi baxımından yaxşı vəziyyətdə deyil, lakin bu durum son illərdə bir qədər azalmaqdadır. Təəssüf ki, bəzi bölgələrdə uşaqların nikahı ənənə halını alıb və vilayətin səkkiz şəhərinin hamısında bu məsələyə rast gəlinir".

Zəncan vilayətinin “sosial məsələlər və cinayətləri önləmə” üzrə ədliyyə müavininin məcburi xarakterli tədbirlərin tətbiqinin uşaq evliliyinə qabaqlayıcı ola biləcəyini düşünmür. Onun dediyinə görə, bu mühüm məsələ mədəniyyət quruculuğunu tələb edir.

Zəncan vilayətinin ədliyyə rəsmisinin uşaq nikahının cəmiyyətə mənfi təsirləri olduğunu deyir. Halbuki, uşaq nikahı İranda rəsmi və qanuni nikahdır.

İranda azyaşlı qız uşaqlarının nikahı dini adət-ənənələr, bilik və təhsil çatışmazlığı və ya ailənin iqtisadi problemlərindən qaynaqlanır.

Azyaşlı qız uşaqları yetkinlərə nisbətən daha çox məişət zorakılığının, cinsi istismarın və ər zorakılığının qurbanı olur.

XS
SM
MD
LG