Accessibility links

Zəncan vilayəti büdcə ədalətsizliyinə məruz qalıb


“Yeni büdcə layihəsi zəngin vilayətlərin durumunu yaxşılaşdırıb, yoxsul vilayətlər, o cümlədən Zəncan vilayətini daha da yoxsullaşdırır,” deyə Zəncan və Tarım şəhərlərinin millət vəkili İran Parlamentində vilayətlərə büdcə ayırmaları ilə bağlı səsə qoyulmuş layihəyə qarşı kəskin etirazını bildirib.

Mohsün Əmirdadi, millət vəkili
Mohsün Əmirdadi, millət vəkili


Möhsün Əlimərdani qeyd edib ki, vilayətlərə ayrılan büdcə ilə bağlı Zəncan hər zaman ədalətsizliyə məruz qalıb. “Keçmiş hökümətlər də Zəncana qarşı ayrıseçkilik edib. Göründüyü kimi yeni hökümət də eyni siyasəti davam etməkdədir,” deyə o əlavə edib.

Ötən dekabr ayında İranın Ərəb əhalisinin yaşadığı Xuzistan vilayətinin millət vəkilləri büdcə məsələsi ilə bağlı birgə istefa vermişdilər. Əlimərdani isə deyib ki, biz istefa vermirik, ancaq öz etirazımızı yüksək səslə bildirməkdə davam edəcəyik.

Zəncan vilayəti İran Azərbaycanının önəmli mədəniyyət mərkəzlərindən sayılır. İran dövlətinə bağlı “Umumi Kültür Şurası”-nın göstəricilərinə görə, Zəncan vilayətində əhalinin 94.4 faizini türklər təşkil edir.
XS
SM
MD
LG