Avqustun 11-də İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətində baş vermiş dağıdıcı zəlzələdən zərərçəkmişləri zəruri məhsullarla təmin etmək məqsədi ilə Azərbaycan Respublikasından ilk humanitar yardım karvanı təbii fəlakət bölgəsinə göndərilib.
Naxçıvandan çadır, ədyal və içməli su ilə yüklənmiş üç iritutumlu yük maşını avqustun 12-də yerli vaxtla saat 22 radələrində Culfa (Azərbaycan Respublikası)-Culfa(İran İslam Respublikası) sərhəd keçid məntəqəsindən qonşu ölkənin ərazisinə daxil olub.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə isə avqustun 13-də yerli vaxtla saat 00.50-də bu qurum tərəfindən 25 avtomobildən ibarət maşın karvanı İranın zəlzələdən zərər çəkmiş bölgəsinə yola salınıb. Avtomobil karvanı ilə 3000 ədəd ədyal, 1000 ədəd yataq dəsti, 460 ədəd çadır, un, düyü, çay, qənd, yağ, makaron, meyvə şirələri, içməli su və digər zəruri ərzaq məhsulları təbii fəlakət bölgəsinə çatdırılacaq.