Accessibility links

Mərkəzi və Cənubi Asiyada güclü zəlzələ qeydə alınıb


Bu gün Əfqanıstan da daxil olmaqla Mərkəzi və Cənubi Asiyanın böyük bir hissəsində güclü zəlzələ qeydə alınıb.

AFP xəbər agentliyinin məlumatına görə, Pakistanın dağlıq Qilqit-Baltistan bölgəsində yeraltı təkan nəticəsindən ən azı 1 nəfər həlak olub. 4 ölkədə dağıntılara səbəb olan zəlzələ nəticəsində başqa itkilər barədə hələlik məlumat daxil olmayıb.

ABŞ-ın Geoloji Mərkəzi zəlzələni 6.6 bal gücündə qeydə alıb. Zəlzələnin episentri Hindiquş regionunun 210 kilometr dərinliklərində qeydə alınıb.

Təkanlar Kabil, İslamabad və Dehli kimi paytaxt şəhərlərdə ciddi şəkildə hiss edilərək sakinlərin təşvişə düşməsinə səbəb olub.

Xatırladaq ki, 2015-ci ilin oktyabrında Pakistan və Əfqanıstanda 7,5 bal gücündə qeydə alınan zəlzələ 400-dən insanın həyatına son qoymuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG