“Ukraynanın qələbəsinə alternativ yoxdur.” Bunu Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Münhen Təhlükəsizlik Konfrasında videoçıxışında deyib. “Biz Ukraynanı – və Avropanı azad etməliyik. Çünki, Rusiya silahları bizə atəş açanda, onlar artıq bizim qonşularımıza doğruldulur.”
Tədbirdə həmçinin ABŞ-ın Ukraynaya yardımına hər iki partiyanın dəstəyini təsdiqləmək üçün ABŞ-ın 50 qanunvericisindən ibarət nümayəndə heyəti iştirak edib. Senat və Nümayəndələr Palatasının Demokrat və Respublikaçı liderləri və üzvləri ilə yanaşı tədbirdə bütün dünyada yüzlərlə siyasətçi, hərbi zabit və diplomat iştirak edib.
ABŞ rəsmiləri deyir ki, bu, konfrans 1963-cü ildə yaranandan bəri orada iştirak edən ən böyük ABŞ nümayəndə heyətidir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi NATO alyansı və Avropa İttifaqını möhkəmləndirdi və ABŞ Konqresinin üzvlərini birləşdirdi.
“Biz burada bu konfransa və dünya boyu hamıya açıq mesaj göndərmək üçün buradayıq: ABŞ-da hər iki partiya Ukraynaya yardım etmək səylərinin arxasındadır” – deyə, Demokratların nəzarət etdiyi Senatın Respublikaçı azlıq lideri Mitç Makkonnel mühafizəkar Almaniya siyasətçiləri ilə görüşdən sonra Reuters-ə bildirib.
Hər iki partiyadan qanunvericilərdən ibarət qrup Ukraynaya F-16-lar göndərdməsi üçün Prezident Co Baydenə birbaşa təzyiq göstərir. Nümayəndələr Palatasının beş üzvü cümə axşamı Baydenə göndərdikləri məktubda iddia edir ki, Kyivin istədiyi, ancaq administrasiyanın hələ ki, göndərməyə razı olmadığı müasir döyüş təyyarələri “bu il Ukrayna hava məkanına nəzarət etmək baxımından həlledici ola bilər.”
“Bu cür təyyarələrin təmin edilməsi Ukraynaya hava məkanını qorumağa yardım etmək üçün zəruridir, xüsusilə də Rusiyanın yenidən başlatdığı hücumlar fonunda və genişmiqyaslı döyüş əməliyyatlarında artımın gözlənildiyi bir vaxt,” qanunvericilər yazıb.
Məktubu Meyn ştatınından demokrat nümayəndə Cared Qoldeni tərtib edib. Bundan əlavə onu Kolorado və Pennsilvaniya ştatından Demokrat qanunvericilər Ceyson Krou və Krissi Huladan və Texas və Viskonsin ştatlarından Respublikaçı Toni Qonzalez cə ayk Qallager imzalayıb.
Qanunvericilər bildirir ki, ya Lockheed Martin istehsalı olan F-16 və ya ona bəzər başqa döyüş təyyarələri Ukrayna qüvvələrini ABŞ və başqa ölkələrinin onlara verdiyi quru artilleriyadan daha çox imkanla təmin edəcək.
Ukrayna ha qüvvələrinin sözçüsü polkovnik Yuri İqnat Amerikanın Səsinə bildirib ki, “Ukrayna qoşunlarının havadan və qurudan atəş imkanlarında üstünlüklər əldə etməsi üçün müasir çoxməqsədli döyüş təyyarələrinə təcili ehtiyac var.”
İqnat əlavə edib ki, bu təyyarələr Ukraynanın hava hücumundan müdafiəsinin bir hissəsi olacaq, çünki onlar düşmənin qanadlı raketlərini və İranın hücum dronlarını effektiv şəkildə məhv etməyə qadirdirlər.
“Bizim müvafiq hazırlıq səviyyəsində olan və ingilis dilini bilən onlarla pilotumuz var,” o deyib.
Baxmuta hücum
Ukrayna əsgərləri rusiyanın Baxmut şəhərinə hücumuna müqavimət göstərməyə çalışdıqları bir vaxt daha sonra silahın göndərilməsinə çağırırlar. Rusiya cümə günü şəhərə raket və artilleriya atəşi açıb. Nəticədə üç kişi və iki qadın ölüb, doqquz nəfər yaralanıb. Bu barədə Ukraynanın baş prokuroru məlumat verib və əlavə edib ki, bu hücum müharibə cinayəti kimi araşdırılır.
Hərbi müdaxilə başlayandan bir ilə yaxın bir zaman keçdiyi bir vaxt, Rusiya Prezidenti Vladimir Putinin qoşunlarının şərqdə hücumları şiddətlənir. Ukrayna hökuməti geridə qalan sakinləri şəhəri tərk etməyə çağırıb, çünki ağır döyüşlərin davam edəcəyi gözlənilir.
Rusiya qoşunları aylardır Baxmutu ələ keçirməyə çalışır. Bir zamanlar 70 min sakini olar şəhər daima atəşə tutulur.