Accessibility links

Zelenski Krım körpüsünün legitim hədəf olduğunu deyir


Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü deyib ki, Krım Körpüsü legitim hədəfdir.

Krımı Rusiya ilə birləşdirən körpü bazar ertəsi partladılıb və nəticədə iki nəfər ölüb. Hücumdan sonra körpünün bir hissəsi istismardan çıxarılıb.

Cümə günü ABŞ-da Aspen Təhlükəsizlik Konfansında videozəng vasitəsilə çıxış edən Zelenski deyib ki, “Bu, müharibəni sursatlarla təchiz etmək istifadə olunan yoldur və bu, hər gün edilir. O həm də Krım yarımadasın hərbiləşdirir.”

Ukrayna körpüyə hücumun məsuliyyətini üzərinə almayıb. Moskva Ukraynanı günahlandırır.

Zelenski cümə günü gündəlik müraciətində deyib ki, “Rusiya bu gün daha iki uşağı öldürdü. 2007-ci ildə doğulan bir qız və 2013-də doğulan bir oğlan öldü.

Zelenski deyib ki, uşaqlar Donetsk bölgəsində Drujba kəndinə edilən hücumda öldürülüb. Həmin hücum nəticəsində iki qadın da həlak olub, bir mədəniyyət mərkəzi, bir məktəb və yaşayış binalarına ziyan dəyib.

Bundan əlavə cümə günü Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb və Qara Dəniz Taxıl Təşəbbüsünün fəaliyyətini bərpa etmək üçün koordinasiyalı səyləri müzakirə edib.

Zelenski taxıl dəhlizinə qoyulan blokadanın aradan qaldırılmasını mütləq prioritet adlandırıb. “Rusiyanın əməlləri səbəbilə dünya təkrar ərzaq böhranı astanasındadır,” o deyib. “Afrika və Asiyanın bir çox ölkələrində ümumilikdə 400 milyon insan aclıq riski ilə üzləşir. Biz birgə sylərimizlə qlobal ərzaq böhranının qarşısını almalıyıq.”

XS
SM
MD
LG