Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü Rusiyadakı vəziyyətə münasibət bildirib. Rusiyada Yevgeni Priqojinin rəhbərlik etidyi muzdlu Vaqner qrupu Roston-na-Donu şəhərində Rusiya ordusunun qərargahına nəzarəti ələ keçirib.
Zelenski Twitter-də yerləşdirdiyi postda “Rusiya uzun zaman zəifliyini və hökumətinin axmaqlığını ört-basdır etmək üçün təxribatdan istifadə edib. İndi orada o qədər xaos var ki, heç bir yalan onun üstünü örtə bilməz” yazıb.
Ukrayna xarici işlər naziri Dmitro Kulena Twitter-də beynəlxalq ictimaiyyətə mesaj ünvanlayaraq, onu Rusiya ilə əlaqəli “yalançı neytrallığından” əl çəkməyə və Ukraynanı özünü Rusiyanın hərbi müdaxiləsinə qarşı müdafiə etmək üçün ehtiyacı olan sihalarla təmin etməyə çağırıb.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hodc Amerikanın Səsinə bildirib ki, Ağ Ev Rusiya ordusunun yüksək rütbəli rəsmiləri ilə Vaqner qrupu arasında qarşıdurmanı izləyir və inkişaflarla bağlı müttəfiqlər və tərəfdaşlarla məsləhətləşmələr aparacaq.
Britaniya rəsmiləri şənbə günü bildirib ki, Rusiya Rusiya təhlükəsizlik qüvvələrinin, xüsusən də Rusiya Milli Qvardiyasının sədaqəti böhranın necə nəticələnməsində mühüm rol oynayacaq.
Fransa Prezidenti Emmanuel Makronun ofisi bildirib ki, prezident diqqəti “Ukraynada dəstəyə” yönəlib.
Almaniyanın xarici işlər nazirliyi səyahətçilərə “növbəti xəbərdarlığa qədər” Rostov və Moskvadan uzaq durmağı tövsiyə edib. “Biz vəziyyəti izləyirik və hadisələrlə bağlı müttəfiqlər və tərəfdaşlarla məsləhətləşmələr aparacağıq.” ” Hodc NBC News-a bildirib.
Mərkəzi və Şərqi Avropa ölkələrinin liderləri də şənbə günü sosial mediada Rusiyadan gələn xəbərlərə münasibət bildirib.
Polşa Prezidenti Andrzec Duda baş nazir və müdafiə naziri ilə Rusiyadakı vəziyyətlə bağlı məsləhətləşmə aparıb. Duda Twitter-də bildirib ki, Varşava vəziyyəti izləyir.
Estoniya baş naziri Kaya Kallas Twitter-də bildirib ki, onun hökuməti sərhəd təhlükəsizliyini gücləndirib və vətəndaşları qonşu Rusiyanın heç bir yerinə getməməyə çağırıb.
Çexiya xarici işlər naziri Can Lipavski deyib ki, onun hökuməti Rusiyadakı vəziyyəti yaxından izləyir. O, Twitter-də əlavə edib ki, “Mən Krımda yay tətilimin yaxınlaşdığını görürəm.”
Yaxın Şərqdə isə Qətər Rusiyadakı böhranla bağlı narahatlığını ifadə edib. Xarici işlər nazirliyii açıqlamasında bütün tərəfləri “maksimum dərəcədə təmkinli olmağa” çağırıb və Rusiya və Ukraynada gərginliyin beynəlxalq sülh və təhlükəsizliyə mənfi təsir edəcəyi barədə xəbərdarlıq edib.