Accessibility links

Zelenski Ukraynada tibbi marixuananın leqallaşdırılmasına dair qanun imzalayıb


Volodimir Zelenski
Volodimir Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə tibbi marixuananın leqallaşdırılması ilə bağlı qanun imzalayıb. Məlumat müvafiq xəbər Ali Radanın saytında dərc edilib.

Qanun bəyan edildikdən altı ay sonra, 2024-cü il iyulun ortalarında qüvvəyə minəcək. Ukrayna parlamenti sənədi 2023-cü ilin dekabrında qəbul edib.

Ukraynada tibbi marixuananın leqallaşdırılması zərurəti ilə bağlı müzakirələr 2016-cı ildən gedirdi. 2023-cü ilin iyulunda qanun layihəsi birinci oxunuşda təsdiq edilib. Prezident Volodimir Zelenski bu təşəbbüsü 2019-cu ildəki seçki kampaniyası zamanı dəstəkləyib.

"Biz nəhayət, ehtiyacı olan hər kəs üçün marixuana əsaslı dərmanları vicdanla qanuniləşdirməliyik. Bu, elmi araşdırmalar və nəzarət edilən Ukrayna istehsalına müvafiq olunacaq" - deyə, Zelenski bildirib.

Millət vəkillərinin marixuana əsaslı dərmanların qanuniləşdirilməsinə razılıq verməsinin səbəblərindən biri də müharibədir. Zelenski qeyd edib ki, Ukrayna Avropada ən güclü əqli və fiziki reabilitasiya sənayesini yaratmaq niyyətindədir.

Marixuananın qanuniləşdirilməsinə jurnalistlər, idmançılar, siyasətçilər, alimlər və həkimlər də daxil olmaqla, məşhur ukraynalılar dəstək verib. Fəallar həmçinin qeyd ediblər ki, tibbi marixuananın qanuniləşdirilməsi post-travmatik stress pozuntusundan (TSSB) əziyyət çəkən insanlara yardım edə bilər.

Forum

XS
SM
MD
LG