"Zaurun həbs müddəti nəyin bahasına olursa olsun 3 ay uzadılmalı idi. Səhhəti ilə bağlı problemlərə baxmayaraq bu həbsi uzatdılar. Həbs uzandıqdan sonra dünən Zaura baxmaq üçün Mərkəzi Klinik Xəstəxanadan həkim dəvət ediblər," – deyə N!DA Vətəndaş Hərəkatının hazırda həbsdə olan üzvlərindən Zaur Qurbanlının anası Səkinə Qurbanova Amerikanın Səsinə (www.amerikaninsesi.org) müsahibəsində bildirib. Gənc fəalın anasının sözlərinə görə, həbsxana rəsmiləri müayinə üçün həbs müddətinin uzadılmasını gözlədiklərini etiraf ediblər: “Dedilər ki, bəli, indi biz səni müayinə və müalicə edə bilərik. Sözlərindən belə çıxır ki, məqsədləri Zaurun həbs müddətini uzatmaq idi”.
Səkinə Qurbanova deyir ki, dünən dəvət olunan həkim Zauru müayinə edib və fəsadlarının çox olduğunu deyib. “Ən böyük fəsad babasil xəstəliyinin fəsadıdır. Həkim deyib ki, Zaurda iki başlı iki böyük şiş var. Əgər sən istəsən, biz bunu əməliyyat edə bilərik. Qanaxma baş versə isə, sənin istəyindən asılı olmayaraq, mütləq təcili əməliyyat olunmalısan” – deyə gənc fəalın anası həkimə istinadən bildirib. Oğlunun daha əvvəl də babasildən əməliyyat olunduğunu xatırladan Səkinə xanım 3 ay həbsxanada hərəkətsiz vəziyyətdə olduğundan Zaurda bu xəstəliyin yenidən baş verdiyini deyib.
Valideynləri əməliyyatdan öncə Zauru öz həkimlərinin müayinə etməsini istəyir. Artıq Penitensiar Xidmətə vəsatət qaldırıldığını deyən gənc fəalın anası hazırda müsbət cavab gözlədiklərini bildirib. “Zaurun təcili əməliyyat olunmasını mən də, özü də istəyir. Ancaq sadəcə olaraq biz öz həkimimizə etibar edirik. Aparacağımız həkim elmlər doktoru, professor Adil Qeybulladır. Biz istəyirik ki, Zaurun əməliyyatını öz həkimimiz aparsın. Qorxuram ki, onlar bu əməliyyatı eləsələr Zaura xəsarət yetirə bilərlər” – deyə Səkinə Qurbanova Amerikanın Səsinə bildirib.
Xatırladaq ki, hazırda həbsdə olan N!DA Vətəndaş Hərəkatının təsisçilərindən biri Zaur Qurbanlı talassemiya və astma xəstəsidir. O, aprelin 1-də saxlanaraq Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə aparılıb. Zaur Qurbanlıya qarşı Cinayət Məcəlləsinin 228.3 maddəsi ilə (Mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ittiham irəli sürüb.