Accessibility links

Zaur Bayramlı: Azərbaycan qanunlarında güneyli mühacirlər üçün güzəştlər olmalıdır [Audio]


Zaur Bayramlı
Zaur Bayramlı

Diaspor fəalı güneyli və quzeyli fəallar arasındakı əməkdaşlığı dəyərləndirir

Zaur Bayramlı Amerikanın Səsinə müsahibədə Azərbaycan Respublikasına mühacirət edən güneyli fəalların çətinliklərlə üzləşdiyini, buna görə də bəzən ölkəni tərk etmək məcburiyyətində qaldıqlarını qeyd edir.

Amerikada yaşayan diaspor fəalı Güney Azərbaycan və Azərbaycan Respublikasından dünyanın müxtəlif ölkələrinə köçmüş diaspor fəalları arasındakı əməkdaşlıq səviyyəsini şərh etməklə yanaşı, Arazın iki tayından olan fəalların digər tərəfin problemlərinə ayırdığı diqqəti dəyərləndirib.

Güneyə getmədiyim üçün kütləni deyə bilmərəm, ancaq, güneyli fəallar quzey haqqında bilgi sahibidir və quzeyin məsələlərindən xəbərdardır.
Zaur Bayramlı

İran İslam Respublikasının törətdiyi məhdudiyyətlər üzündən bu günə qədər güneyə gedə bilmədiyini söyləyən Bayramlı illərdir güneyli fəallarla əlaqədə olduğunu və onlarla birgə fəaliyyət apardığını qeyd edir.

“Güneyə getmədiyim üçün kütləvi deyə bilmərəm, ancaq güneyli fəallar quzey haqqında bilgi sahibidir və quzeyin məsələlərindən xəbərdardır,” deyə o söyləyir.

Siyasi fəal güneylilərin diaspor çalışmalarında fəal olduğunu, lakin bunun yetərli səviyyədə olmadığını ifadə edir.

please wait

No media source currently available

0:00 0:18:45 0:00
Direct link

Zaur Bayramlının dediyinə görə, güneyli fəallar Azərbaycan Respublikasındakı problemlərlə maraqlanır və onlara önəm verir. O, misal olaraq güneydə Traxtor komandasının oyunlarında Qarabağ və Xocalı faciəsi ilə bağlı səsləndirilən şüarlar və nümayiş etdirilən plakatlara işarə edir.

“Qarabağ məsələsi güney və quzey atasında duyğusal olaraq yaxşı rol oynayır, güneyli fəallar Qarabağ məsələsini sahiblənmiş durumdadırlar,” deyə o dilə gətirir.

Azərbaycan və İran arasında teleradio sahəsində əməkdaşlıqların artırılması üçün sənəd imzalanıb
Azərbaycan və İran arasında teleradio sahəsində əməkdaşlıqların artırılması üçün sənəd imzalanıb

“Quzey Azərbaycanda xalq arasında güneyə bir sevgi var, amma çox təəssüf ki, bilgisizlik də mövcuddur. Çoxları bizim Güney Azərbaycanda yaşayan türklərə iranlı deyə xitab edir. Ancaq unutmayaq ki, quzey xalqı da uzun müddət rus sistemində yaşamış...,” deyə Zaur Bayramlı Azərbaycan Respublikasında güneylə bağlı mövcud olan baxışları dəyərləndirir.

İranın Səhər TV kimi kanalları illərdir, anti-türk və anti-Azərbaycan təbliğat yaymaqdadır... mən bilmirəm, yanı başında Türkiyə və Avropa varkən Azərbaycan Respublikası söz və fikir azadlığının ən çox basqı altında olduğu İran kimi ölkədən mətbuat sahəsində necə faydalana bilər?”
Zaur Bayramlı

Bayramlı həmçinin, Azərbaycan hökumətinin güneylə bağlı siyasətlərinə yer verir. O, Azərbaycan Respublikasına mühacirət edən güneylilərlə əlaqəli hakimiyyətin siyasətini tənqid edir:

“Güney Azərbaycandan quzeyə , yaxud sığınacaq üçün BMT-yə mühacirət edənlər bir çox çətinliklərlə üzləşir və bir çoxu oradan Türkiyəyə köçməyə məcbur qalır... İlham Əliyev bir zamanlar demişdi, mən 50 milyonun prezidentiyəm. Bu, sadəcə sözdə qalmamalıdır.”

Zaur Bayramlının fikrincə, qanunlarda güneylilər, xüsusilə mühacirlər üçün güzəştlər nəzərdə tutulmalıdır.

Azərbaycanlı fəal həmçinin, son vaxtlar Azərbaycan və İran arasında teleradio sahəsində əməkdaşlıq artırılması üçün imzalanmış sənəd haqqında düşüncələrini Amerikanın Səsi ilə paylaşır.

Trend agentliyinin yaydığı məlumata görə, Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqaminin imzaladığı sənəddə iki ölkə arasında müştərək teleradio komitəsinin yaradılması nəzərdə tutulur.

Bayramlı belə bir sənədin imzalanmasını qəribə bir hal kimi qiymətləndirir:

“İranın Səhər TV kimi kanalları illərdir, anti-türk və anti-Azərbaycan təbliğat yaymaqdadır... mən bilmirəm, yanı başında Türkiyə və Avropa varkən Azərbaycan Respublikası söz və fikir azadlığının ən çox basqı altında olduğu İran kimi ölkədən mətbuat sahəsində necə faydalana bilər?”

Onun fikrincə, bu sənədin imzalanması Azərbaycan Respublikasında güneylə bağlı yazan jurnalistlərə qarşı basqılar törədilməsinə səbəb ola bilər.

“Belə bir sənəd bəlkə də güneylə bağlı yazan qəzetçilərin fişlənməsinə yol verər. Ola bilər ki, İran dövləti İranı tənqid edən jurnalistlərin deşifrə edilməsini tələb etsin,” deyə Zaur Bayramlı əlavə edir.

XS
SM
MD
LG