Accessibility links

Zərif: Tehran nüvə sazişinin şərtlərini yenidən müzakirə etməyəcək


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, Tehran 2015-ci il tarixi nüvə sazişinin şərtlərini yenidən müzakirə etməyəcək.

Zərif YouTube saytında yaydığı bəyanatında bildirib: “İran illər öncəsi razılaşdırılımış və tətbiq edilmiş sənədin təkrar danışıqlarına getməyəcək…Biz həmçinin bu sazişə qoyulan hər hansı ratifikasiya şərtini rədd edirik”.

ABŞ prezidenti Donald Tramp İran sazişindən narazıdır və bu sazişdəki “dəhşətli qüsurların” aradan qaldırılması üçün Avropa müttəfiqlərinə mayın 12-dək vaxt verib. O deyib ki, əks halda ABŞ bu sazişi tərk edəcək.

Zərif bildirib ki, Birləşmiş Ştatlar bu sazişi “mütəmadi olaraq, xüsusilə də bizneslərin İrana qayıtmasının qarşısını hədə-qorxu ilə almaqla pozub”.

İran sazişini ‘məhv etməyin’

BMT-nin baş katibi Antonio Quterres İranla beynəlxalq nüvə sazişini məhv etməməyə çağırıb. O xəbərdarlıq edib ki, bu sənədin real alternativi yoxdur.

ABŞ prezidenti Donald Tramp 2015-ci ildə imzalanmış sazişi sərt tənqid edir. Bu saziş İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

Nüvə sazişində “dəhşətli qüsurlar” olduğunu deyən Tramp Britaniya, Fransa və Almaniyaya mayın 12-dək vaxt verib ki, nöqsanları aradan qaldırsınlar.

Əsas narahatlıq sazişin İranın ballistik raket proqramını əhatələməməsi, sazişin bəzi şərtləri üçün son tarixin qoyulması, İranın şübhəli nüvə obyektlərinin beynəlxalq təftişiylə bağlı şərtlərdir. Tramp deyib ki, bu problemlər yoluna qoyulmasa, İrana sanksiyaları bərpa edəcək.

Əgər bir gün onu daha yaxşı sazişlə əvəzləmək mümkünsə, olsun, ancaq yaxşı alternativ yoxsa, bunu məhv etməməliyik”, - Quterres BBC Radio 4-ə müsahibəsində deyib.

XS
SM
MD
LG