Accessibility links

Zəncan millət vəkillərindən prezident Ruhaniyə yazılı xəbərdarlıq


Hava çirklənməsi hələ də Zəncan əhalisi üçün ciddi təhdiddir

Keçən bir neçə ildə baş verən geniş etirazlara baxmayaraq Zəncan vilayəti sakinlərinin sağlığı üçün ciddi təhdid olmağa davam edən hava çirklənməsi bu günlərdə də millət vəkillərinin Həsən Ruhaniyə göndərdiyi yazılı xəbərdarlıq ilə gündəmə gəlib.

Zəncan, Tarım və Xudabəndə şəhərlərinin millət vəkilləri xüsusilə Zəncan şəhərinin yaxınlığında yerləşən qurğuşun və sink zavodlarını əhali və gələcək nəslin sağlamlığı üçün böyük təhdid hesab edirlər.

Zəncanda fəaliyyət göstərən Zəncan Mehr adlı internet portalının nəşr etdiyi yazılı xəbərdarlığın surətinə istinadən, millət vəkilləri zavodların vilayətdə xərçəng xəstəliyinin yayılmasına səbəb olduğunu önə çəkərək onların şəhərdən uzağa köçürülməsi tələbini təkrar səsləndiriblər.

Zəncanda hava çirklənməsi ilə əlaqədar küçə nümayişinə polis müdaxiləsi
Zəncanda hava çirklənməsi ilə əlaqədar küçə nümayişinə polis müdaxiləsi

Qurğuşun və sink zavodlarının bölgənin su və havasını çirkəndirməsinə etirazlar bir neçə ildir əhali, ictimai fəallar, media, sağlamlıq ekspertləri və ekoloji fəalları tərəfindən ortaya qoyulur.

2013-cü ilin avqust ayında həmin problem ilə bağlı təşkil edilən və çox sayda əhalinin qatıldığı küçə nümayişlərində bir neçə iştirakçı polis tərəfindən nəzarət altına alınmışdı.

XS
SM
MD
LG