“Zaman-Azərbaycan” qəzeti fəaliyyətini dayandırıb.
Bu barədə qəzetin təsisçiləri qəzetin facebook səhifəsində bildirib.
Təsisçilərin bəyanatda deyilir: "Son günlərdə regionumuzda baş verən hadisələr və bu olayların həssaslığının Türkiyə-Azərbaycan dostluq və qardaşlığına təsir edə biləcəyini nəzərə alaraq biz-“Zaman-Azərbaycan” qəzetinin təsisçiləri ictimaiyyətin nəzərinə çatdırırıq ki, Azərbaycan dövlətinin və dövlətçiliyinin yanında olduğumuzu bir daha nümayiş etdirərək bu gündən “Zaman-Azərbaycan” qəzetinin və zaman.az saytının fəaliyyətini dayandırmaq qərarına gəlmişik", sənəddə deyilir.
Qəzetin və saytın bağlanması Türkiyədə Fətullah Gülən tərəfdarları ilə bağlılığı olan media vasitələrinin qapandığı vaxta təsadüf edir.
"Zaman-Azərbaycan" qəzeti 1991-ci il mayın 24-dən nəşr olunur.