ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşmək üçün Kabilə gedib.
Səfər Xəlilzad və ABŞ dövlət kaitbi Mayk Pompeonun Qətərdə Talibanla keçirilən müzakirələrin uğurlu olduğunu elan etməsindən sonra baş tutub.
Əfqanıstanda müharibəyə son qoyulmasına dair danışqılardan sonra Xəlilzad Əşrəf Qaninin dəstəyini əldə etməyə çalışacaq.
Bu razılıq Qətərdə ABŞ və qiyamçı nümayəndələr arasında demək olar bir həftə davam edən intensiv və fasiləsiz danışıqların nəticəsidir. Danışıqlarda Qətər höküməti və Pakistanın nümayəndələri də iştirak edib.
Taliban hərəkatı xüsusi ilə “İslam dövləti” və “Əl Qaidə” qruplarının Əfqanıstan ərazisindən istifadə etmələrinə imkan verməyəcəyini vəd edib.
Razılaşmada həmçinin barışıq, Əfqanıstanda müvəqqəti hökumətlə bağlı razılaşma, həmçinin xarici qoşunların 18 ay ərzində Əfqanıstandan çıxarılması nəzərdə tutulur.
Razılaşmanın mətni hələlik açıqlanmayıb.