Accessibility links

Müdafiə naziri: Azərbaycan Ordusu Ermənistanın layiqli cavabını verir


Hərbi təlim
Hərbi təlim

Azərbaycanın müdafiə naziri Zakir Həsənov irimiqyaslı hərbi təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.

Müdafiə nazirinin mətbuat xidmətinin məlumatına görə,nazirliyin rəhbərliyi təlim bölgəsində müşavirə də keçirib.

Zakir Həsənov həm də təlimlərə cəlb edilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərlə görüşüb.

Nazir bilidirib ki, "Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti bu gün də davam edir.

Müdafiə naziri Zakir Həsənov hərbi təlimi müşahidə edir
Müdafiə naziri Zakir Həsənov hərbi təlimi müşahidə edir

“Silahlı Qüvvələrimiz bütün imkanlardan istifadə etməklə düşməni işğal olunmuş torpaqlarımızdan çıxarmağa qadirdir. Son zamanlar düşmən daha da azğınlaşıb. Amma Ermənistandakı hərbi xuntanın rəhbərləri bilməlidirlər ki, Azərbaycan Ordusu və Azərbaycan əsgəri onların layiqli cavabını verir və bundan sonra da verəcəkdir. Qısa bir müddət ərzində 20-dən çox işğalçı məhv edilib. Düşmənin onlarla yaralısı var”, müdafiə naziri bəyan edib.

Müdafiə naziri təlimlərin Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tələb və tapşıpıqlarına əsasən yüksək səviyyədə təşkil edilərək keçirildiyini bir daha diqqətə çatdırıb.

Müdafiə naziri Zakir Həsənov hərbi təlimi müşahidə edir
Müdafiə naziri Zakir Həsənov hərbi təlimi müşahidə edir

Fevralın 2-də başlayan təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 300-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 200-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək aviasiya vasitəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri, o cümlədən ehtiyatda olan 5.000 nəfərədək hərbi vəzifəli cəlb edilib.

Döyüş hazırlığı çərçivəsində ehtiyatdan çağırılmış hərbi vəzifəlilərə silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçirilir.

XS
SM
MD
LG