Accessibility links

Baş Prokurorluq Zakir Qaralovun ölkədən xaricə çıxışına qadağa qoyulmadığını bildirir


Baş prokuror Zakir Qaralov
Baş prokuror Zakir Qaralov

Keçmiş Baş Prokuror Zakir Qaralovun ölkə xaricinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat təsdiq edilmir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti bildirib.

Son günlər sosial şəbəkələrdə keçmiş baş prokurorun Bakı Beynəlxalq Hava limanından geri qaytarıldığı barədə şayiələr yer alıb. Sosial şəbəkə istifadəçiləri keçmiş baş prokurorun “Tərtər işi”, “MTN işi” və digər çoxsaylı cinayət işləri üzrə istintaqın qərəzli aparılmasına şərait yaratmaqda və qanunvericiliyin icrasına düzgün nəzarət edə bilməməkdə günahlı olduğunu iddia edirlər.

Keçmiş baş prokuror isə bu iddialara hələ münasibət bildirməyib.

Zakir Qaralov 25 aprel 2000-ci ildən 1 may 2020-ci ilədək Azərbaycanın baş prokuroru olub.

XS
SM
MD
LG