“Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyi və “SeDEP” QHT-lər Koalisiyası martın 9-da Müdafiə və Ədliyyə nazirliklərinin qarşısında piket keçirəcək. Bu barədə “Ehtiyatda və İstefada olan Zabitlər” İB-nin sədri, “SeDEP” QHT-lər Koalisiyasının prezidenti Yaşar Cəfərlinin müraciətində bildirilir.
Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərə ünvanlanmış müraciətdə deyilir ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncam və göstərişlərinə baxmayaraq, hərbi qulluqçuların xeyrinə çıxarılmış və qanuni qüvvəyə minmiş bir sıra məhkəmə qətnamələri Müdafiə nazirliyi tərəfindən uzun illərdir ki, icra edilmir.
“20.02.2013-cü ilədək təşkilatımıza daxil olan şikayətlərə əsasən icra edilməyən məhkəmə qətnamələrinin sayı 17-yə çatıb”, - sənəddə qeyd edilir.
Müraciətdə məhkəmə qətnamələri sadalanır. Elə məhkəmə qətnamələri var ki, artıq 11 ildir icra olunmur.
“Araşdırmalarımız göstərir ki, uzun illər ərzində qanuni qüvvədə olan məhkəmə qətnamələrinin icra edilməməsinə görə məsuliyyət şəxsən müdafiə naziri Səfər Əbiyevin üzərinə düşür. Biz dəfələrlə bu problemi həll etmək məqsədilə onunla şəxsən görüşməyə cəhd etsək də buna nail ola bilməmişik. Təəssüf ki, məhkəmə icra orqanları da bu problemin həllində aciz olduqlarını etiraf etməklə yanaşı bizə yardımçı olmaq istəmir”, - qeyd olunur.
Həmçinin Azərbaycanda akkreditə olunan hərbi attaşelər piketi izləməyə dəvət olunur.