Zığ qəsəbəsində insanlar evlərində qorxu içində yaşayır
Zig qəsəbəsidəki Xanlar küçəsinin sakinləri hər günlərinin təhlükə içində olduğunu deyirlər. Sürüşmə zonasında yerləşən evlərin hər an uçmaq təhlükəsi var. 2011-ci ildən başlayaraq burada dəfələrlə sürüşmələr olub. Sakinlərin bir hissəsi ərazidən köçürülsə də, hələ də öz növbəsini gözləyənlər var. Şikayətçilərin sözlərinə görə, onlar bununla bağlı dəfələrlə aidiyyatı qurumlara şikayət etsələr də, problemləri həllini tapmayıb. Artıq bezdiklərini deyən sakinlər yalnız ölkə başçısından kömək istəyirlər. Qeyd edək ki, yağışlı havalarda evlərinin başlarına uçacağından qorxan sakinlər, ölkə başçısına səslərini çatdırmaq üçün bir neçə dəfə aksiya keçiriblər. Məsələ ilə bağlı Suraxanı rayonu icra hakimiyyətinin mövqeyini almaq mümkün olmayıb.
Episodes
-
Noyabr 17, 2024
ABŞ-da seçilən prezident üçün keçid dövrü həftələrlə vaxt çəkir
-
Noyabr 15, 2024
"Arşın mal alan" Ankarada yenidən səhnələndi