Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin bazar günü açıqladığı məlumatında deyilir ki, Yəmənin Husi üsyançılarının Səudiyyənin cənub bölgəsindəki hava limanına hücumu zamanı bir nəfər ölüb, yeddi nəfər yaralanıb.
Koalisiya rəsmiləri hücum zamanı Abha aeroportunun avtomobil dayanacağının dağıldığını bildirsə də, raket və ya pilotsuz təyyarədən istifadə edildiyi badərə məlumat verməyib.
Keçən həftə də Husilərin raket hücumu 26 nəfərin yaralanmasına səbəb olmuşdu. Human Rights Watch təşkilatı bu hücumları qınayaraq, bunun mümkün müharibə cinayəti olduğunu deyib. Səudiyyə Ərəbistanı isə buna cavab olaraq kəskin addımlar atacağına söz verib.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Yəmən hökümətinə İranın dəstələdiyi Husilərin paytaxt Sənadan çıxarılmasına yardım edir.
Husiləri dəstəkləyən İran isə Səudiyyə Ərəbistanının ona qarşı irəli sürdüyü ittihamları rədd edir.
Britaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Ştatlardan ibarət diplomatik qrup bazar günü bəyanatınla çıxış edərək, Husilərin aeroporta etdiyi hava hücumunu qınayıb və İranın Yəmən, eləcə də Yaxın Şərqdə destabilizasiya yaratdığını deyib.