Accessibility links

Yüzlərlə İraq kürdü nümayiş keçirib


Yüzlərlə İraq kürdü nümayiş keçirib
Yüzlərlə İraq kürdü nümayiş keçirib

Yüzlərlə İraq kürdü rəsmi binalar üzərində kürd bayraqlarının asılmasına qadağa qoyan qanuna etiraz olaraq nümayiş keçirib. Xanaqin şəhərində əllərində kürd bayraqları qaldıran nümayişçilər hökumət əleyhinə şüarlar səsləndirib. Diyala vilayəti kürdlər və mərkəzi hökumətin ərazisi olduğu iddia etdikləri bölgədir. Vilayətin nəzarəti Bağdadın əlində olsa da, kürdlər onun Kürdüstan muxtariyyətinin tərkib hissəsi olduğunu iddia edir. İraq hökuməti mübahisəli ərazilərdə kürd bayraqlarının qaldırılmasını konstitusiyaya zidd adlandırır. Xanaqin şəhərində yasağa riyət edilmir.

XS
SM
MD
LG