Accessibility links

Milli fəal Yusuf Kari Ərdəbil həbsxanasında aclıq edir


Yusuf Kari
Yusuf Kari

Ərdəbil həbsxanasında saxlanılan türk fəal Yusuf Karinin yanvarın 13-dən bəri aclıq aksiyasına başladığı bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən “HRA” agentliyinin bildirdiyinə görə, Kari həbsxanaya nəzarət edən prokuror köməkçisinin pis davranışına etiraz olaraq aclığa başlayıb.

“Türk fəal aclıq aksiyası keçirərək həbsxanaya nəzarət edən prokuror köməkçisinin pis davranışı və həbsxana rəsmilərinin siyasi məhbusların problemlərinə laqeyd yanaşmasına etiraz bildirir,” agentlik qeyd edib.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin məlumatına görə, “Yusuf Kari çərşənbə günü sağlamlıq məzuniyyəti tələbi ilə əlaqədar prokuror köməkçisi Sepehriyə müraciət edib. Sepehri məhbusları aşağılayaraq deyib ki, siyasi məhbusların haqqını tanımır. Sonra Kari prokuror köməçisinin göstərişi ilə həbsxananın karantin bölməsinə köçürülüb. Yusuf Kari isə bu davranışa etiraz olaraq həmin gün aclıq aksiyası başladıb.”

Yusuf Kari 2019-cu ilin sentyabr ayından bəri Ərdəbil həbsxanasında saxlanılır. Ərdəbil məhkəməsi onu “milli təhlükəsizliyi pozmaq məqsədilə sözdə milli-mədəni qruplara üzv olub və davamlı şəkildə onların toplantılarına qatılmaq” ittihamı ilə 2 il həbsə məhkum edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG