Accessibility links

Yunis Səfərov ömürlük həbsə məhkum edilib


Yunis Səfərov
Yunis Səfərov

Bu gün, avqustun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Əfqan Hacıyevin sədrliyi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı və polis əməkdaşına qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərovu ömürlük həbsə məhkum edib.

Yunis Səfərov son sözündə deyib ki, əməlindən peşman deyil.

Məhkəmənin hökmü ilə bu cinayət işi üzrə günahlandırılan Rasim Mustafayev, Akif Əliyev və Mahir Əzizov 20 il, Hamlet Abdullayev, Firudin Zeynalov, Vüqar Məmmədov və Ceyhun Salahov 19 il, Cəfər Zalov və Ceyhun Qurbanov isə 18 il həbsə məhkum edilib.

2018-ciil iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıb.

Rəsmi məlumata görə, bundan sonra, həmin il iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Səfərov və onunla birlikdə mühakimə olunanlar Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham olunur.

Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.

Prokuror Yunis Səfərova ömürlük, Rasim Mustafayev, Akif Əliyev və Mahir Əzizova 20 il, Hamlet Abdullayev, Firudin Zeynalov, Vüqar Məmmədov və Ceyhun Salahova 19 il, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il həbs cəzası verilməsini istəyib. Məhkəmə dövlət ittihamçısının istədiyi həbs müddətlərini olduğu kimi saxlayıb.

XS
SM
MD
LG