Accessibility links

Yüngül silahlar zəif ölkələrdə qeyri-sabit vəziyyət yaradır


Arms
Arms

Müstəqil araşdırma mərkəzi olan Geneva Forum eyni zamanda yüngül silahların yayılmasının Madaqaskar, Fil Dişi Sahili və Haiti kimi zəif ölkələrə göstərdiyi ciddi təsiri təhlil edib

Yeni araşdırmada göstərilir ki, hər il dünyada yüngül və adi silahlar, eləcə də başqa hərbi sursatın icazəli satışından 7,1 milyard dollar əldə edilir. Müstəqil araşdırma mərkəzi olan Geneva Forum eyni zamanda yüngül silahların yayılmasının Madaqaskar, Fil Dişi Sahili və Haiti kimi zəif ölkələrə göstərdiyi ciddi təsiri təhlil edib.

Araşdırmaya görə, 2008-ci ildə Birləşmiş Ştatlar, İtaliya və Almaniya yüngül və adi silahlar ixrac edən 14 ölkədə arasında birinci üç yerdə olub. Bu ölkələrdən silah ixracı hər il 100 milyon dollar təşkil edir. Eyni 2008-ci ildə yüngül və adi silahları idxal edən əsas ölkələr Birləşmiş Ştatlar, Kanada, Britaniya, Almaniya, Avstraliya, Fransa və Pakistan olub.

Araşdırmada dünya miqyasında özəl təhlükəsizik sənayesinin genişləndiyi və özəl mühafizəçilərin sayının polis zabitlərinin sayını ötüb keçdiyi göstərilir. Bununla belə, özəl təhlükəsizlik şirklətlərinin daha az silaha malik olduğu qeyd edilir. 70 ölkə haqda toplanmış məlumata əsasən, özəl təhlükəsizlik şirkətlərinin malik olduğu silahların sayı 4 milyon olduğu halda, təhlükəsizlik qüvvələri 26 milyon, silahlı qüvvələr isə 200 milyon silaha malikdir.

Sənəddə yüngül silahlar satışının üç zəif ölkəyə təsirləri xüsusi qeyd edilir. Burada 2009-cu ildə dövlət çevrilişi zamanı prezidentin hakimiyyətdən salınmasından sonra Madaqaskarda vəziyyət təhlil edilir.

Araşdırmanın müəllifi Robert Muqqa Amerikanın səsinə deyib ki, ölkədə böyük miqdarda qeyri-qanuni silah dövriyyədədir. Onun sözlərinə görə, əslində, rəsmilər 3 mindən az silah qeydə alb. Problemə əlavə olaraq, silahlı qüvvələr və polis Madaqaskarın təhlükəsizlik qüvvələrinin tərkibinə daxil edilib.

“Madaqaskarın Qərbi Afrikada gördüyümüz kimi narkotik maddələr alveri mərkəzi, potensial olaraq mərkəzə çevrilə bilməsi ilə bağlı narahatlıqlar var. Bu narahatlıqlardan biri də Madaqaskardan böyük miqdarda və qanunsuz olaraq təbii ehtiyatların çıxarılması, eyni zamanda, ölkədə əhalinin əsas gəlir mənbəyi olan Zebu heyvanları ticarətinin aparılması ilə bağlıdır.”

Araşdırmada Fil Dişi Sahilində 2002-ci və 2010-cu illər arasında adi silahlar satışları təhlil edilir. Bu müddət ərzində ölkə iki muxtar regiona ayrılıb, hazırkı prezident Allasane Outtaraya sadiq üsyançı qüvvələrin nəzarət etdiyi şimal və keçmiş prezident Loren Qbaqbonun hakimiyyətdə olduğu cənub.

2003-cü və 2004-cü illərdə burada silah embarqosu tətbiq edilmişdi. Lakin buna baxmayaraq, Rusiya və Bolqarıstanın ölkəyə silah göndərməyə davam etməsi qeyri-sabit vəziyyətə öz təsirini göstərmişdir.

Araşdırmada təhlil edilən daha bir ölkə Haitidir. Burada vəziyyət keçən il güclü zəlzələdən əvvəl və sonra təhlil edilir. Muqqa qeyd edir ki, bəzi nəticələr təəccüb doğurur. Onun sözlərinə görə, ölkədə polisin təhlükəsizliyi təmin edə bilməməsi haqda ümumi fikir mövcud idi. Buna görə də zəlzələdən sonra Birləşmiş Ştatlar və Avropa İttifaqı təhlükəsizliyin təmin edilməsi üçün böyük səy göstərib. Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı zorakılıqların paytaxt Porto-Prens və başqa ərazilərə keçə bilməsinə görə narahat idi.

Muqqa deyir ki, araşdırma Haitidə 2007-ci ildən sonra qətl hallarının sayı azaldığını göstərir. O deyir ki, zorakılıqların baş alıb getdiyi yerlərdə də bu hallar azalıb. Lakin onun sözlərinə görə, qətl hallarının sayı azalsa da, xüsusilə də yerlərindən didərgin düşmüş insanlar üçün düşərgələrdə seksual zəmində zorakılıqların artdığı müşahidə olunur.

XS
SM
MD
LG