Accessibility links

Yunanıstandakı İsveç səfirliyinə bomba hücumu həyata keçirilib


Yunanıstandakı İsveç səfirliyinə bomba hücumu həyata keçirilib
Yunanıstandakı İsveç səfirliyinə bomba hücumu həyata keçirilib

Xəsarət alanlar barədə məlumat verilməyib

Yunanıstan polisi Afinadakı İsveç səfirliyində bomba partladıldığını bildirmiş, lakin xəsarət alanlar barədə məlumat verməmişdir. Reuters xəbər agentliyi polis rəsmisinə istinadən bildirib ki, bu gün həyata keçirilən hücum zamanı kiçik bombadan istifadə edildiyinə görə xəbərdarlıq verilməyib.

Dünən isə Yunan polisi Fransa prezidenti Nikola Sarkoziyə və qərb səfirliklərinə ünvanlanan məktub bombalarının olduğu iki nəfəri həbs edib. Həbs edilənlərdən birinin Yunanıstanın solçu partizan qrupunun üzvü olduğu guman edilir. Meksika səfirliyinə ünvanlanan məktub bombalarından birinin dünən özəl şirkətdə çalışan poçtalyon qadının əlində partladığı və qadının yüngül bədən xəsarəti aldığı deyilir. Danimarka səfirliyinə ünvanlanan məktub bombası isə digər poçt şirkətində tapılıb.

XS
SM
MD
LG