Accessibility links

Güclü zəlzələ Yunanıstanı silkələyib


Çərşənbə günü Yunanıstanın mərkəzində 6.0 bal gücündə zəlzələ baş verib və qonşu Albaniya və Şimali Makedoniyada, Kosovo və Monteneqroda da hiss edilib.

Bir nəfər dağıntılar nəticəsində yaralanıb, lakin ciddi xəsarət barədə məlumat verilməyib. Yerli rəsmilər binaların zərər gördüyünü, əsasən köhnə evlərdə divarların çökdüyünü və ya çatladığını bildirib.

Günorta saatlarında baş verən zəlzələ minlərlə insanı Larissadan 22 kilometr qərb-şimali-qərbdə yerləşən episentrə ən yaxın qəsəbələr olan Larissa və Tirnavosdakı evlərdən və ofis binalarından küçələrə axışmağına səbəb olub. Ərazidə çoxsaylı yeraltı təkanlar qeydə alınıb, ən güclüsü 5.0 bal gücündən çox olub.

Zəlzələ saat 12:16-da baş verib. Afina Geodinamik İnstitutu ilkin olaraq təkanın gücünü 6.0 bal olaraq təyin edib.

Amerika Birləşmiş Ştatları Geoloji Araşdırması və Qlobal Seysmik Monitor Geofon zəlzələnin ilkin gücünü 6.3 bal olaraq qiymətləndirib, lakin zəlzələdən sonra bal gücündə təxminlərin dəyişməsi adi haldır.

Uzun müddətdir regionda rəqib olan iki qonşu ölkənin rəsmilərinə görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu həmrəyliyini nümayiş etdirmək və ehtiyac olacağı təqdirdə yardım etməyi təklif etmək üçün Yunanıstanlı həmkarı Nikos Dendiasa zəng edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG