Yunanıstanın yeni baş naziri Aleksis Tsipras beynəlxalq kreditorlarla “ədalətli, səmərəli və qarşılıqlı mənfəəti olan həll yolu” tapmaq istədiyi deyir. O bildirir ki, tətbiq olunan qənaət tədbirlərini ləğv edəcək, çünki onlar Yunansıstanda humanitar böhran yaradıb.
Çərşənbə günü Afinada cənab Tsipras yeni kabineti ilə görüş zamanı bildirib ki, kreditorlarla destruktiv qarşıdurmaların qarşısını almaq niyyətindədir, ancaq Yunanıstan artıq düşünmədən Avropa İttifaqının tələblərini yerinə yetirməyəcək.
Yeni hökümət Yunanıstanın borcunun bir hissəsini aradan qaldırmağa və 300 milyard dollardan artıq borc pulun əvəzinə tətbiq olunan qənaət tədbirlərini yumşaltmağa çalışır. Buna azaldılmış əmək haqları və pensiyaları yenidən artırmaq daxildir.
Hökümət həmçinin əsas Piraeus limanınn Çinin böyük gəmiçilik şirkəti Cosco-ya satmaq planı da daxil olmaqla, aktivlərin özəlləşdirmə planlarını da ləğv edir.