Accessibility links

Yunanıstan yaxınlığında miqrant daşıyan qayıq batıb


Yunanınstanın sahil təhlükəsizliyi xidməti şənbə Ege dənizinin şərqində Yunan adalrı yaxınlığında miqrant qaçıran qayığın batması nəticəsində ölən altı nəfərin cəsədini çıxardıqlarını bildirin.

İtkin düşdüyü güman edilən əlavə təxminən on nəfərin yerini müəyyən etmək üçün isə böyük xilasetmə işləri başladılıb.

Sahil təhlükəsizliyi xidməti bildirib ki, Samos adasının cənubunda, Aqatonisi adası yaxınlığında dörd uşaq, bir kişi və bir qadın cəsədi tapılıb. Üç nəfər isə, ikisi qadın, biri kişi, sahilə çıxıb, rəsmilərə xəbər verə biliblər.

Onlar 21 nəfərin olduğu taxta qayığın batdığını deyib. Qayığın batmasının səbəbi hələ ki aydın deyil. Rəsmilər qayıqdakı insanlarının sayının da dəqiq məlum olmadığını söyləyib.

Üç təyyarə, Yunanıstan donanması, sahil təhlükəsizliyi xidmətinin gəmiləri, Avropanın sərhəd təhlükəsizliyi agentliyi Frontexin gəmisi ərazidə itkin düşənləri axtarır.

Türkiyə ilə Avrpa arasında Türkiyə sahilindən Yunan adalarına miqrant axınını dayandırmaq üçün iki illik razılığın olmasına baxmayaraq hər həftə onlarla və hətta yüzlərlə insan bu səfəri etməyə davam edir. Onların çoxu hava ilə doldurulmuş və ya başqa dəniz üçün təhlükəli qayıqlarda səfər edir.

XS
SM
MD
LG