Accessibility links

Yunanıstan Avrozona liderləri ilə yeni kredit üzərində razılıq əldə edib


Çərşənbə axşamı Yunanıstan daha çox islahatlar etmək mübadiləsində avropalı kreditorları ilə ölkənin ehtiyacı olduğu xilas paketi almaq üzərində razılıq əldə edib.

Aylarla davam edən danışıqlardan sonra Yunanıstan rəsmiləri pensiyaları kəsməyə və vergiləri artırmağa razılaşıblar.

Yunanıstanın iyul ayındakı kredit ödəməsi üçün 8 milyard dollara ehtiyacı var, bu ödənişi edə bilməsə isə iflasa uğraya bilər.

Ölkə 2010-cu ildə hakimiyyət müddəti başa çatan mühafizəkar hökümətin ölkənin borcunu yanlış bəyan etməsindən bəri beynəlxalq yardım paketlərindən asılıdır.

Sosial xərclərin azaldılması və vergilərin artırılması kimi kəskin iqtisadi islahatlar bir çox yunanlar üçün iqtisadi çətinliklərə səbəb olub.

Baş nazir Aleksis Tsiprasın solçu höküməti parlamentin yeni büdcə kəsirlərini təsdiq edəcəyinə dair inamını ifadə edib.

Avropa Komissiyası və Avropa Mərkəzi Bankı razılığı ittifaqın üzv ölkələrinin maliyyə nazirlərinə mayın 22-də keçirilən görüşdə təqdim edəcəklər.

XS
SM
MD
LG