Accessibility links

Yunanıstan parlamenti daha artıq islahatlara səs verir


Qanuvercilər məhkəmə və bank islahatlarını müzakirə etmək məqsədilə fövqəladə iclas keçirir

Yunanıstanın Baş naziri Aleksis Tsipras ölkə banklarının rəhbərləri ilə görüşüb. Qanuvercilər isə Yunanıstanın Avropadan kredit ala bilməsi üçün tələb olunan məhkəmə və bank islahatlarını müzakirə etmək məqsədilə fövqəladə iclas keçirir.

Yunan bankları üç həftədən sonra ilk dəfə olaraq bazar ertəsi fəaliyyətlərini davam etdirib, lakin bəzi məhdudiyyətlər hələ də qüvvədə qalır.

Baş nazirlə görüşəndən sonra müxbirlərlə danışan Hellenik Bank Assosiasiyasının prezidenti Luka Katseli bankların normal fəaliyyətilərinin bərpa edilməsinin hər kəsin marağnda olduğunu deyib.

Yunan qanunvericilərinin müflisləşmiş banklar və xilas prosesinin qanuniliyinə dair səsvermə keçirəcəyi gözlənilir. Bunlar avrozona və Beynəlxalq Valyuta Fondudun danışıqlar müqabilində irəli sürdüyü şərtlərdir.

Banklar açılandan sonra əmanətçilər öz hesablarından əmanətlərini götürməyə çalışıb. Bəzi məhdudiyyətlər aradan qaldırılsa da, insanlar hesablarından həftədə sadəcə 465 dollar pul çıxara bilər. Bundan öncə bankomatlardan bir gün ərzində yalnız 65 dollar pul çıxarılmasına icazə verilirdi.

Yunanıstanda eyni zamanda, qəhvə, restoran yeməkləri və taksi daxil olmaqla bir sıra məhsullar və xidmətlərin qiymətlərində 13-23 faiz vergi artımı qeydə alınıb. Bu isə Yunanıstanın yeni xilas paketi müqabilində həyata keçirdiyi ixtisarların bir hissəsidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG