Accessibility links

Yunanıstan parlamenti Makedoniya ilə əldə olunan razılığı müzakirə edəcək


A woman moves a gas tank as she waits in line near a distributor amid the country's economic crisis, in Colombo, Sri Lanka.
A woman moves a gas tank as she waits in line near a distributor amid the country's economic crisis, in Colombo, Sri Lanka.

Yunanıstan parlamenti Afinada ölkənin Makedoniya ilə münasibətlərini normallaşdıracaq razılığa qarşı zorakı etirazlardan sonra həmin razılığı müzakirə edir.

Parlament rəsmiləri razılıqla bağlı cümə axşamına səsvermə təyin edib. Bu razılıq Makedoniyanı adını dəyişməyə və Yunanıstanı Makedoniyanın NATO və Avropa İttifaqına daxil olmasına qarşı etirazlarını son qoymağa çağırır.

Yunanlar arasında razılıqla bağlı fərqli fikir ayrılıqları mövcuddur.Razılıq əsasında Makedoniyanın yeni adı Şimali Makedoniya Respublikası olacaq.

“Bəsdir. Bu hökümət xalqın istəyinə məhəl qoymayaraq qərar verir. Professorlar, konstitusiya üzrə ekspertlər bu razılığın Yunanıstanın əleyhinə olduğunu və bizim deyil, Skopyenin maraqlarını təbliğ etdiyini söyləyir. Bu halda onlar razılıq üzərində səsvermə keçirə bilməz, amma onlar bunu güclə etmək istəyir” – deyə, bir etirazçı bildirib.

Bəzi yunanlar deyir ki, yeni ad Yunanıstan kimliyini və mədəni irsini mənimsəmək cəhdini əks etdirir.

Razılıq Yunanıstan baş naziri Aleksis Tsiprasın parlamentdəki dörd illik koalisiyasını itirməsinə gətirib çıxarıb. Belə ki, onun millətçi müttəfiqləri razılığa etiraz olaraq koalisiyadan çıxıb. Yaşanan gərginlikdən sonra Tsipras çərşənbə günü parlamentdə keçirilən etimad səsverməsindən qalib çıxıb.

XS
SM
MD
LG