Qadınlarda yumurtalıq xərçəngi “səssiz qatil” adlandırılır. Belə ki, simptomları gec biruzə verən bu xəstəliyin dianozlaşdırılması adətən gecikmiş olur. Keçən il təkcə Amerikada 22 min qadına bu diaqnoz qoyulub. Onların 14 minini xilas etmək mümkün olmayıb. Dünyada isə bu göstərici 200 mindən artıqdır.
Şila Konnora diaqnoz 2007-ci ildə qoyulub. Xəstəlik artıq son mərhəlisənə çatanda. O, cərrahiyyə əməliyyatı və kimya terpiyası keçirib. Lakin xərçəng bu illər ərzində 4 dəfə qayıdıb. “Ən uzun remissiya dövrü səkkiz ay sürüb” .
Konnor bu müddət ərzində müxtəlif dərmanlar qəbul edib.
Xəstəliyin müalicəsi üçün qəbul edilən dərmanlar bir tərəfdən yarasa da, digər tərəfdən yan təsirləri ilə xəstəliyi daha da ağırlaşdırır. Xərçəng xəstəlikləri üzrə araşdırma aparan doktor Lora Şaver bunun tipik bir hal olduğunu deyir.
“Müntəzəm kimya terapiyası ilə üzləşən qadınlar həqiqətən həyat keyfiyyətini itirir, lakin xəstəlikdən yaxa qurtara bilmir”.
Yumurtalıq xərçənginin müalicədən sonra geri qayıtmaq şansı 75 faizdir.
Doktor Şaver deyir ki, xəstəliyin müalicəsi ağır olmaqla yanaşı, xəstələrin dərmanlara cavabı da müxtəlifdir.
“Çox hallarda onlar sağalmaq əvəzinə zəhərlənirlər”.
Doktor Şaver Şəffalıq fondu adlanna qeyri-hökumət təşkilatına rəhbərlik edir. “Biz seçimlərin prioritetləşdirilməsinə çalışırıq. Əgər onlardan hansısa xəstəyə xeyir vermirsə, biz xəstəyə uyğun bir metod tapırıq” .
Hazırda digər xərçəng növlərinin müalicəsində geniş istifadə edilən molekulyar müalicə üsulu yumurtalıq xərçəngi üçün də mövcuddur. Bu metod şişlərin xüsusiyyətinin müəyyən və dərmanların yeni hüceyrələrin artımına xidmət etməsini təmin edir.
Alimlər xəstələrə müalicənin eyni üsulunun şamil edilməsinin yanlışlıq olduğunu deyir.Hər bir xəstəyə xüsusi münasibət lazımdır. Molekulyar müalicə üsulu yumurtalıq xərçənginin müalicəsində böyük ümidlər yaratmaqla yanaşı, digər öldürücü xəstəliklər üçün yeni dərmanların istehsalına da yardım edəcək.