Hazırda hakim "Petro Poroşenkonun Bloku" partiyasına müxalif "Batkivşina" partiyasının rəhbəri Yuliya Timoşenko Ukraynada keçiriləcək prezident seçkilərinə "Yeni İqtisadi Kurs" proqramı ilə qatılacağını açıqlayıb. Bəyanat partiyanın Kiyevdəki qurultayında verilib. Kiyev Beynəlxalq İnstitunun keçirdiyi sosialoji sorğunun nəticələrinə görə, Timoşenko hal-hazırda Ukrayna prezidentliyə namizədlər arasında ən yüksək reytinqə malikdir.
Yuliya Timoşenko Dnepropetrovskda anadan olub, Denpropetrovsk Dövlət Universitetini bitirib. 1997-ci ildə ilk dəfə olaraq Ali Radaya deputat seçilib. 1999-2001-ci illərdə Ukrayna baş nazirinin yanacaq-energetika məsələləri üzrə birinci müavini olub və Rusiya ilə qaz üzrə danışıqlar aparıb. 2005-ci ilin fevralında MDB ölkələri içərisində ilk qadın baş nazir olaraq Ukraynanın baş naziri seçilib. 2004-cü ildə Yuliya Timoşenko Viktor Yuşşenko ilə birgə Narıncı İnqilabın yaradıcısı və lideri olub. Lakin Viktor Yanukoviçin 2011-ci ilin avqustunda hakimiyyətə gəlməsindən sonra həbs olunub və Rusiya ilə qaz müqavilələri bağladığı zaman vəzifə səlahiyyətlərini aşması hökmü ilə 7 il həbsə məhkum olunub. Bəzi hüquq müdafiəçiləri onu siyasi məhbus, ona qarşı hökmün isə siyasi motivli olduğunu hesab edib.
2014-cü ilin fevralın 22-si Ali Radada hakimiyyət dəyişdikdən sonra Timoşenko azadlığa buraxılıb.
Ukrayna dövlət başçısının seçkiləri 2019-cu ilin martın 31-i keçirələcək. Səsvermənin nəticələri isə aprelin 10-na qədər elan olunmalıdır.
Daha əvvəl Ukraynada prezident seçkilərinə qatılmaq istəyənlər bunlardlr:
- yumor ustası Vladimir Zelenskiy;
- "Oleq Lyaşkonun Radikal partiyası"nın sədri Oleq Yaşko;
- Korrupsiyada günahlandırılan Ukrayna Fiskal xiidmətinin sədri Roman Nasirov;
- Lvov şəhərinin meri Andrey Sadovıy;
- Ukrayna Təhlükəsizlik xidmətinin sabiq sədri Valentin Nalivayçenko;
- Ukraynada qadağan olunmuş Kommunist partiyasının sədri Vasiliy Simonenko;
- Sosial -Demokrat partiyasınn sədri, "Petro Poroşenkonun Bloku" fraksiyasından Serqey Kaplin.
Onların bir çoxu artıq Mərkəzi Seçki Komissiyasına sənədlərini təqdim edib.