Meksikanın Yukatan yarımadasında yerləşən ən iri sualtı mağaralar sistemində dalğıclar tərəfindən təxminən 9 min il bundan əvvəl yaşamış adamın qalıqları aşkar edilib.
İlkin məlumata görə, tapılan meyitin vəziyyəti güman etməyə imkan verir ki, qədim insan hansısa fəlakətli hadisənin qurbanı olub. Skeletin kimə məxsus olduğunu aydınlaşdırmaq üçün tapıntının öyrənilməsi üzrə layihəyə antropoloq cəlb ediləcək.
Sualtı mağaralarda mehrablar və mayyaların ticarət allahı Ek-Çuaha həsr olunmuş digər ibadət tikililəri tapılıb.
İlkin hesablamalara görə, su altında yerləşən mağaralar sistemi 347 kilometr uzunluqdadır. Burada Mayya sivilizasiyasının arxeoloji irs obyektlərinin sayı isə 140-dır.
Bəzi yeraltı su mağaraları regionda hələ də yaşamaqda olan mayyalar üçün dini əhəmiyyət kəsb edir.
İnsan qalıqlarından əlavə qədim fil və nəhəg hərəkətsiz heyvanların sümükləri də aşkar edilib.
Mağara tapıntıları arxeologiya dünyasın böyük töhvə bəxs edib.
Meksikanın Milli Antropologiya və Tarix İnstitutunun alimi Qullermo de Anda deyib ki, bu, şübhəsiz dünyann ən mühüm sualtı arxeoloji sahəsidir.
Alimlərin dediyinə görə, buz dövrünun sonunda su səviyyəsi 100 mert yüksələrək, mağaraları su altında qoyub. Məhz bu şərait Pleystosen dövrünün kökü kəsilmiş meqafaunasının qalıqlarının hələ də yaşamasına imkan yaradıb.
Ən souncu buz dövrü Pleystosen 2.6 milyon il əvvəl başlayaraq, 11700 il əvvələdək davam edib.